Lionda törədilən partlayışdan sonra yüzdən çox müstəntiq şübhəlini axtarır
Bakı, 25 may, AZƏRTAC
Fransada yüzdən çox müstəntiq Lion şəhərində 13 nəfərin yaralanması ilə nəticələnən partlayışı törətməkdə şübhəli bilinən şəxsi axtarır. Onların arasında 90 müstəntiq, 30 texniki mütəxəssis və yerli istintaq idarəsinin 20-yə yaxın əməkdaşı var.
AZƏRTAC xəbər verir ki, “Figaro” qəzetinın yaydığı məlumata görə, partlayışın təhqiqatı ilə Parisin terror əleyhinə prokurorluğu məşğul olur.
Təhqiqat nəticəsində Lionda partladılan çamadanın məsafədən idarəetmə sistemi ilə təchiz edildiyi məlum olub. Video-müşahidə kameraları göstərir ki, naməlum şəxs bulka dükanına velosipedlə gəlib və çamadanı oraya qoyub. Hazırda 30-35 yaşlarında olduğu ehtimal edilən şübhəlinin axtarışı davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [17:29]
İsveç dövləti da Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək
- 16.06.2026 [17:04]
Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir
- 16.06.2026 [17:01]
Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib
- 16.06.2026 [16:21]