Litva Yəmənə 100 min avro humanitar yardım ayıracaq
Vilnüs, 3 mart, AZƏRTAC
Litva Yəmənə 100 min avro məbləğində humanitar yardım ayıracaq.
AZƏRTAC Litva mətbuatına istinadla xəbər verir ki, bu barədə məlumatı ölkənin Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, Yəmənə yardım üzrə İsveç, İsveçrə və Birləşmiş Millətlər Təşkilatı tərəfindən təşkil edilən beynəlxalq onlayn donor konfransında Litvanın bu ölkəyə yardım ayıracağı barədə məlumat verilib. Qeyd edilib ki, yardım BMT-nin Yəmən üçün Humanitar Yardım Fonduna köçürüləcək.
Litvanın xarici işlər nazirinin müavini Mantas Adomenas Yəməndə humanitar vəziyyətin ağır olduğunu söyləyib. Bildirib ki, Yəməndə 6 il davam edən vətəndaş müharibəsi yüz minlərlə insanın həyatına son qoyub və dünyanın ən böyük humanitar böhranına səbəb olub.
Qeyd edək ki, Litva 2014-cü ildən bu yana Yəmənə ümumilikdə 285 min avro yardım ayırıb.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [17:13]
Avropada qazın qiyməti 3 həftənin minimumuna enib
- 22.09.2026 [17:09]
Stokholmda bir milyon kron dəyərində park skamyaları oğurlanıb
- 22.09.2026 [16:51]
Alimlər Marsın erkən dövründə suyun mürəkkəb tarixini üzə çıxarıblar
- 22.09.2026 [16:48]
Yunanıstan Egey dənizinin cənub-şərqində dron uçuşlarını qadağan edib
- 22.09.2026 [16:36]