Litvada “Xocalıya ədalət!” kampaniyası çərçivəsində aksiyalar davam edir
Vilnüs, 6 mart (AZƏRTAC). Martın 5-də Azərbaycanın Litvadakı səfirliyi və Litva Azərbaycanlı Gənclər Təşkilatı (AYOL) Heydər Əliyev Fondunun vitse-prezidenti, Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə irəli sürülmüş “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Vilnüs şəhərində aksiya keçirmişdir.
“Xocalıya ədalət!” kampaniyası çərçivəsində fevralın 20-dən etibarən Vilnüsün mərkəzi küçələrində altı xətdə hərəkət edən və üzərində Xocalı faciəsi ilə bağlı posterlər yapışdırılmış nəqliyyat vasitələrindən istifadə edən sərnişinlərə həmin ölkədə təhsil alan tələbələrimiz tərəfindən Litva dilində nəşr olunmuş “Xocalını unutmayaq” adlı bukletlər paylanmışdır.
Vilnüsdə üzərində Xocalı faciəsi ilə bağlı posterlər yapışdırılmış nəqliyyat vasitələrinin hərəkəti martın 20-dək davam edəcəkdir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Vilnüs