Litvanın xarici işlər naziri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
Azərbaycanda səfərdə olan Litvanın xarici işlər naziri Linas Linkeviçiusun başçılıq etdiyi nümayəndə heyəti oktyabrın 21-də Fəxri xiyabana gələrək ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarı üzərinə də güllər düzülüb.
Sonra Şəhidlər xiyabanına gələn qonaqlar Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini anıb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyublar.