DÜNYA
Liviyada daşqından ən çox zərər çəkən Derna şəhərinin meri həbs olunub

Bakı, 25 sentyabr, AZƏRTAC
Liviyanın Baş prokuroru Sıddık as-Sur ölkənin şimal-şərqində baş verən daşqınlardan ən çox zərər görən Derna şəhərinin bələdiyyə sədrinin həbs olunmasına göstəriş verib.
AZƏRTAC xəbər verir ki, Libya al-Ahrar telekanalı bu barədə Liviya Baş prokurorluğunun nümayəndəsinə istinadla məlumat yayıb.
“Baş prokuror daşqınlar zamanı su bəndlərinin dağılması səbəbindən Derna şəhərinin merinin və su resursları idarəsinin vəzifəli şəxslərinin həbsinə qərar verib”, - deyə məlumatda bildirilir.
Hazırda su bəndinə nəzarətə məsul olan 16 məmura qarşı cinayət işi açılıb. Bundan başqa, Derna meri şəhər yaxınlığında yerləşən bəndlərin yenilənmə işlərinə ayrılan vəsaitin məqsədli xərclənməsinə dair sübutlar təqdim etmədiyinə görə məsuliyyətə cəlb olunub.
Baş prokurorluq, həmçinin faciənin baş verməsində təqsirkar bilinən digər şəxslərə qarşı dəqiq təhqiqatın aparılmasını və onların məsuliyyətə cəlb olunmasını tələb edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.11.2023 [18:40]
İtaliyada koronavirusa yoluxma halları kəskin artıb
- 30.11.2023 [18:19]
Papa Fransisk səhhəti ilə bağlı açıqlama verib
- 30.11.2023 [16:58]
Monteneqroda əhalinin siyahıyaalınması yenidən təxirə salınıb
- 30.11.2023 [15:36]
Şimali Makedoniyanın Baş naziri: Aİ-yə üzvlük əsas məqsədimizdir
- 30.11.2023 [15:33]
İsrail azad edilən hər 10 girova görə atəşkəsi bir gün uzatmağa hazırdır
- 30.11.2023 [14:48]
Kosmosda “mükəmməl Günəş sistemi” və 6 yeni planet tapılıb
- 30.11.2023 [14:39]
Böyük Britaniyada avtomobil istehsalı 16,7 faiz artıb
- 30.11.2023 [13:43]
Ötən il Aİ ölkələrinin hərbi xərcləri 240 milyard avro təşkil edib
- 30.11.2023 [13:40]