Liviyada ən böyük neft yataqları hasilatı bərpa edib
Bakı, 16 iyul, AZƏRTAC
Liviyada ən böyük neft yataqları olan “Əş-Şarara” və “Əl-Fil” hasilatı bərpa edib.
AZƏRTAC Liviya mediasına istinadla xəbər verir ki, bu neft yataqlarında hasilat Liviyanın sabiq maliyyə naziri Fərəc Bumatarinin sərbəst buraxılmasından sonra bərpa olunub. Hazırda hasilat tədricən bərpa edilir.
Şənbə günü qeyd olunan neft yataqlarında hasilat yerli qəbilələrin nümayəndələrinin etirazları səbəbindən dayandırılmışdı.
Bir neçə saat əvvəl Əz-Zaviyə qəbiləsinin (sabiq nazir də bu qəbiləyə mənsubdur) ağsaqqallarından biri sabiq nazir Fərəc Bumatarinin həbsdən azad edildiyini açıqlayıb. Onun sözlərinə görə, Fərəc Bumatari Liviya baş prokurorunun müdaxiləsindən sonra sərbəst buraxılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]