Azərbaycan Dövlət İnformasiya Agentliyi

Londonda çalışan azərbaycanlı alim: Süni intellekt əmək bazarında dönüş yaradacaq

Londonda çalışan azərbaycanlı alim: Süni intellekt əmək bazarında dönüş yaradacaq

London, 27 noyabr, AZƏRTAC

Londonun City Universitetində kompüter görünüşü üzrə müəllim və tədqiqatçı olan Riad İbadulla süni intellekt və optik prosesləmə sahəsində çalışan gənc azərbaycanlı alimdir. Magistr təhsilindən sonra Riad City Universitetində doktoranturaya qəbul olunaraq optik prosessorlar üçün neyron şəbəkələrin uyğunlaşdırılması mövzusunda tədqiqat aparıb. Onun işi tibbi görüntüləmə və xərçəng hüceyrələrinin aşkarlanması sahələrində tətbiq olunub. 2024-cü ildə dissertasiya müdafiəsini bitirdikdən sonra City Universitetində müəllim vəzifəsinə keçib və eyni zamanda resursları məhdud olan IoT qurğuları üçün daha etibarlı müdaxilə aşkarlama sistemləri üzərində tədqiqatını davam etdirir. Riadın AZƏRTAC-a müsahibəsini təqdim edirik.

-City Universitetində həm dərs deyirsiniz, həm də doktorantura işinizi davam etdirirsiniz. Bu iki məsuliyyəti necə balanslaşdırırsınız? Sizi bu yolda motivasiya edən əsas amillər hansılardır?

-Doktorantura təhsilim müddətində mən laboratoriya dərslərini aparırdım. Dərs deməyi həqiqətən sevirəm, çünki çox vaxt insan nəyisə öyrətdikcə öz bilikləri də dərinləşir. Amma həmin dövrdə əsas diqqətim, təbii ki, tədqiqat üzərində idi və tədris ikinci planda qalırdı. Doktoranturanın sonuna yaxın isə kafedra müdiri mənə tədricən daha çox dərs yükü verməyə başladı və nəticədə doktoranturanı bitirdikdən sonra mənə tam ştatlı müəllim vəzifəsi təklif olundu.

Yeni rolda əsas məsuliyyətim dərs deməkdir. Bununla belə, tədqiqatdan imtina etmirəm, çünki mən ilk növbədə aliməm. Daha vacibi isə odur ki, mən tədqiqat aparmağı həqiqətən sevirəm, sahədəki yeni inkişafları izləmək, ədəbiyyatda mövcud boşluqları müəyyən etmək, həmin boşluqlar üzərində işləmək, gələcəyə töhfə vermək və nəticələri dərc etmək. Bunlar harada işləməyimdən asılı olmayaraq həmişə görmək istədiyim işlərdir.

-Hazırda üzərində çalışdığınız ən maraqlı tədqiqat layihələri hansılardır?

-İndiyə kimi kifayət qədər geniş spektrdə tədqiqat işlərim olub və onlardan ən diqqətəlayiq olanlardan biri “Fat-U-Net” üsuludur. ”Fat-U-Net” optik prosessorlar üzərində səmərəli işləmək üçün nəzərdə tutulmuş xüsusi neyron şəbəkə arxitekturasıdır. Bu modeli hazırladığım optimizasiya üsulu ilə birləşdirəndə modellərin sürətini 37 dəfəyə qədər artırmaq mümkün olur. Bu yanaşmanı tibbi görüntüləmədə, xüsusilə xərçəng hüceyrələrinin nüvələrinin seqmentasiyası məsələsində sınaqdan keçirmişəm. Praktikada bu, diaqnostik prosesləri sürətləndirə, xərçənglə bağlı tədqiqatlara dəstək ola və sürətli görüntü seqmentasiyasının vacib olduğu özünüidarə edən avtomobil kimi sahələrə töhfə verə bilər. Bu işi San Fransiskoda keçirilən bir konfransda təqdim etmişəm və auditoriya tərəfindən çox bəyənilib və alqışlanıb.

Hazırda dərin öyrənmə metodlarının kibertəhlükəsizlik sahəsində tətbiqi ilə məşğulam. Bu ilin sentyabr ayında layihənin birinci hissəsi olan - kiçik IoT qurğularında yerləşdirilmək üçün nəzərdə tutulmuş yüngül neyron şəbəkələrinə dair PROTECTION adlı işimi Stokholmda keçirilən SAFECOMP konfransında təqdim etmişəm. Bu yanaşma bir böyük modeldən istifadə əvəzinə bir neçə kiçik neyron şəbəkəsinə əsaslandığı üçün həm səmərəliliyi qoruyur, həm də cihazların təhlükəsizliyini və etibarlılığını artırır.

-Sizin sahədə, xüsusilə süni intellekt və kompüter görünüşü sahəsində gələcəkdə hansı yeniliklərin həyatımızı ən çox dəyişəcəyini düşünürsünüz?

-Süni intellektdə son illərdə baş verən inkişafın əsasən transformer arxitekturalarının inkişafı sayəsində yarandığı artıq aydındır. Sahə ilə yaxından tanış olmayan bəzi insanlar elə bilirlər ki, süni intellekt yeni yaranmış bir anlayışdır, halbuki onun kökləri 1950-ci illərə gedib çıxır. Son dövrdə transformer arxitekturalarının inkişafı GPT kimi Böyük Dil Modellərinin yaranmasına imkan verdi. Daha sonra eyni yanaşma - əslində transformerlər ilkin olaraq bu məqsəd üçün nəzərdə tutulmasa da - kompüter görünüşündə tətbiq olundu.

Bu baxımdan mən görkəmli dərin öyrənmə tədqiqatçısı Yan Lekunun (Yann LeCun) mövqeyi ilə razıyam. O hesab edir ki, Ümumi Süni İntellekt (AGI) təkcə dil modellərinə əsaslanmayacaq. AGI-yə çatmaq üçün insan beyninin fəaliyyətinə daha çox bənzəyən, xeyli daha güclü sistemlərə ehtiyac olacaq.

Xüsusilə kompüter görünüşü sahəsinə nəzər salsaq, dil modelləri artıq məşhur Turing testini keçməyə nail olub, yəni insan tərəfindən yazılmış mətndən seçilməsi çətin olan mətnlər yarada bilirlər. Amma kompüter görünüşündə hələ tam bu səviyyəyə çatmamışıq. Süni intellekt tərəfindən yaradılmış təsvirlər çox real görünsə də, adətən onların sintetik olduğunu müəyyən etmək olur. Eyni şəkildə, təsnifat və seqmentasiya kimi tapşırıqlarda da transformerəsaslı modellərdən kənara çıxan yeni innovasiyalara ehtiyac ola bilər. Belə irəliləyişlər baş verdikdə, dil modelləri və kompüter görünüşü sistemləri insan beyninin məlumatı emal etməsinə daha çox bənzəyən vahid bir süni intellekt modelində birləşə bilər.

-Sizcə, süni intellekt gələcəkdə bizə daha çox müsbət, yoxsa mənfi təsir göstərəcək? Artıq böyük şirkətlərin işçi ixtisarlarına getdiyini görürük. Bu proses uzunmüddətli perspektivdə cəmiyyəti necə dəyişə bilər?

-Ümumiyyətlə, bəşəriyyət hər hansı sahədə irəlilədikcə, adətən, bir növ işi başqa bir növ işlə əvəz edir və çox vaxt iş daha asanlaşır. İndiyə qədər bir çox peşələr artıq texnoloji inkişaf nəticəsində sıradan çıxıb, amma məncə bu, çox vaxt müvəqqəti xarakter daşıyır. Ümumi istehsal həcmi eyni qalırsa və ya artırsa, resurslara tələbat da ya dəyişmir, ya da artır. Bu isə müəyyən mərhələdə insanların daha az işləyib eyni gəliri əldə etməsinə şərait yarada bilər. Daha sonra isə ənənəvi proqram mühəndisliyindən fərqli olaraq, yüksəksəviyyəli süni intellekt əsaslı mühəndisliyi tələb edən yeni iş sahələri yaranacaq.

Hazırda şirkətlərdə “junior” mühəndislərin sayının azalması ilə bağlı çətinliklər mövcuddur, çünki AI artıq bir çox başlanğıc səviyyəli tapşırıqları əvəz edə bilir. Lakin hələ də təcrübəli və işəgötürənlərin etimadını qazanmış “senior” mühəndislərə ciddi ehtiyac var. Son dövrlərdə “prompt engineer” adlanan yeni bir rol da diqqətimi çəkib. Bu, işində süni intellekti daha səmərəli istifadə edən mütəxəssis deməkdir.

-Gələcək planlarınız nələrdir? Özünüzü daha çox akademiyada, yoxsa sənayeyönümlü layihələrdə görürsünüz?

-Ümumiyyətlə, akademik fəaliyyətin gözəlliyi onun çevikliyində və azadlığındadır. Mən bu sahəni ona görə sevirəm ki, əsas işimlə paralel olaraq öz layihələrimi və ideyalarımı da reallaşdıra bilirəm. Gələcəkdə ideal variant kimi özümü akademiyada fəaliyyətimi davam etdirən, eyni zamanda, sənaye ilə əməkdaşlıq edən və tədqiqat nəticələrimi, həmçinin layihələrimi kommersiyalaşdıran biri kimi görürəm.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bu gün Ümumdünya Ürək Günüdür

O, mənim təkcə qardaşım deyil, həm də dostum idi: əsgər Dmitri Solntsevin həyat hekayəsi

Konfutsinin vətənində Dünya Sivilizasiyalar Forumu keçirilir

Bakıda 17 istiqamətdə nəqliyyatın hərəkətində sıxlıq yaranıb

ABC: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər

Rubio: Avropa ciddi çətinliklərlə üzləşib

“Bloomberg”: İran ABŞ seçkilərindən əvvəl atəşkəs perspektivinə şübhə ilə yanaşır

BMT-nin Baş katibi İranın xarici işlər naziri ilə görüşüb

Aİ Ukraynaya silah tədarükünə görə Slovakiyaya 105 milyon avro ödəyəcək

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib