Azərbaycan Dövlət İnformasiya Agentliyi

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis: Dayanıqlılıq gələcəyin əsas şərtidir

Londonda iqlim və ətraf mühit sahəsində çalışan gənc mütəxəssis: Dayanıqlılıq gələcəyin əsas şərtidir

London, 6 iyun, AZƏRTAC

Azərbaycanlı gənc mütəxəssis İsmayıl Əliyev Londonda “Position Green” şirkətində ətraf mühit, sosial və idarəetmə (ESG) sahəsində analitik kimi çalışır. Kimya mühəndisliyindən başlayaraq Avropa üzrə “Erasmus Mundus” magistr proqramı, BMT-də təcrübə və hazırkı peşəkar fəaliyyəti onu bu sahədə nümunəvi bir mütəxəssisə çevirib. O, AZƏRTAC-a müsahibəsində iqlim dəyişikliyi, karbon emissiyalarının hesablanması və bu sahədə Azərbaycanın atdığı addımlar haqqında danışıb.

-İsmayıl bəy, bu sahəyə marağınız necə yarandı?

-Azərbaycanda kimya mühəndisliyi üzrə təhsil aldığım dövrdə sənaye müəssisələrində təcrübə keçmişdim. Bu müddətdə ətraf mühitə təsir edən proseslərə daha çox diqqət yetirməyə başladım və dayanıqlı inkişaf sahəsinə marağım formalaşdı. Həmçinin Azərbaycanda olduğum müddətdə BMT-nin Bakı ofisində məlumatların idarə olunması üzrə assistent kimi çalışmışam. İxtisasımı dəyişərək “Erasmus Mundus” proqramı çərçivəsində tam təqaüdlə Avstriyada, Yunanıstanda və Böyük Britaniyada Ətraf mühit elmləri, siyasəti və idarəetməsi üzrə magistr təhsili almışam. İlk dəfə karbon ayaq izinin hesablanması üzrə fəaliyyətə Slovakiyada yerləşən bir konsaltinq şirkətində başladım. Burada qazandığım təcrübə məni daha böyük motivasiya verdi və bu sahədə qalmaq qərarına gəldim.

-Hazırda Londonda hansı işlə məşğulsunuz?

Londonda “Position Green” adlı şirkətdə ESG üzrə analitik kimi çalışıram. Biz müxtəlif şirkətlərə onların karbon izi və dayanıqlılıq göstəricilərinin hesablanmasında və təhlilində dəstək veririk. Müştərilərimiz arasında enerji şirkətləri, investisiya fondları və digər böyük təşkilatlar var. Onlar hər il hökumət və ya investor tələblərinə uyğun olaraq dayanıqlılıq hesabatı hazırlamalıdırlar. Biz isə bu hesabatların əsas hissəsi olan karbon və digər ekoloji göstəriciləri beynəlxalq və yerli standartlara uyğun şəkildə hesablayırıq. Bu iş çoxlu riyazi və texniki analiz tələb edir. Bu hesabatlar auditdən də keçir. Məqsədimiz müştəri şirkətlərin bu prosesləri mümkün olan ən yüksək səviyyədə yerinə yetirməsinə kömək etməkdir.

-Emissiyalar konkret olaraq necə hesablanır?

Müştəri şirkət bizə müraciət etdikdə, ilk olaraq “screening” mərhələsi həyata keçirilir, yəni, şirkətin potensial emissiya mənbələri təyin olunur. Məsələn, əgər şirkətin nəqliyyat vasitələri varsa, bu maşınlar benzin və ya dizel yanacağı ilə işləyirsə, bu yanacaq sərfiyyatından yaranan emissiyalar birbaşa şirkətin karbon izinə daxil edilir. Ofisdə istifadə olunan isitmə sistemləri, elektrik enerjisi də bu hesabatlara daxildir.

Bunlar əsasən birbaşa və ikinci dərəcəli emissiyalardır. Daha mürəkkəb olan üçüncü dərəcəli emissiyalar isə şirkətin təchizat zəncirində yaranır. Məsələn, bir şirkət məhsul istehsal edirsə və bu prosesdə xammallardan istifadə olunursa, həmin xammalların istehsalı zamanı yaranan emissiyalar da əsas şirkətin karbon izinə əlavə edilir.

Banklar və maliyyə institutları ilə işləyərkən 15-ci kateqoriya emissiyalar xüsusilə vacibdir. Bu, investisiya və maliyyə fəaliyyəti nəticəsində yaranan emissiyaları əhatə edir. Əgər bir bank hansısa şirkətin səhmlərinin 10 faizinə sahibdirsə, həmin şirkətin karbon emissiyalarının 10 faizi də bankın məsuliyyəti sayılır.

Emissiyaları azaltmaq üçün ilk addım onların dəqiq ölçülməsidir. Ölçmələrdən sonra biz bu emissiyaların konkret olaraq haradan və necə yarandığını təhlil edirik. Daha sonra isə şirkətə həmin emissiya mənbələrinə uyğun fərdi “Yol xəritəsi” təqdim edirik. Buraya texnologiyanın yenilənməsi, bərpaolunan enerji mənbələrinə keçid və ya təchizat zəncirində dəyişikliklər daxil ola bilər.

-Dayanıqlılıq üzrə analitik olaraq bu sahədə hazırda dünyada və xüsusilə Birləşmiş Krallıqda hansı tendensiyalar müşahidə edilir?

Bu, olduqca dinamik və sürətlə inkişaf edən bir sahədir. Son 3-4 ildə həm Azərbaycanda, həm də Böyük Britaniyada dayanıqlılıq sahəsində ciddi irəliləyişlər müşahidə olunur. Xüsusilə korporativ sektorun ESG meyarlarına uyğunlaşması artıq həm dövlət, həm də investorlar tərəfindən tələb olunur. Bu isə şirkətləri dayanıqlılıq strategiyalarını yenidən formalaşdırmağa və biznes modellərinin əhəmiyyətli bir parçası olmasını zəruri edir.

Böyük Britaniyada “xalis sıfır emissiya” (net zero) hədəfi əsas strateji istiqamətlərdən biridir və bununla bağlı bərpaolunan enerji, yaşıl nəqliyyat və dairəvi iqtisadiyyat sahələrinə ciddi investisiyalar ayrılır. Şirkətlər də bu dəyişikliklərə uyğunlaşmaq üçün öz fəaliyyətlərini transformasiya edir.

Eyni zamanda, süni intellekt və rəqəmsal alətlər emissiyaların ölçülməsi, məlumatların emalı və risklərin təhlili kimi proseslərdə getdikcə daha çox tətbiq olunur. Qanunvericilik isə həm milli, həm beynəlxalq səviyyədə tez-tez dəyişdiyi üçün biz bu dəyişiklikləri daim izləyib müştərilərə uyğun həll yolları təqdim etməliyik. Azərbaycanda da bu istiqamətdə irəliləyişlər var.

Azərbaycan uzun illər enerji ölkəsi kimi tanınıb, lakin son dövrlərdə dayanıqlı inkişaf və “yaşıl enerji” keçidi sahəsində mühüm addımlar atılır. COP29-un Bakıda keçirilməsi bu sahəyə olan beynəlxalq marağın və ölkədaxili diqqətin göstəricisidir. Günəş və külək enerjisi layihələri, yaşıl mobillik təşəbbüsləri və qanunvericilik islahatları bu istiqamətdə müsbət dinamikanı əks etdirir. Özəl sektor, xüsusilə banklar da bu prosesə fəal şəkildə qoşulmağa başlayıb ki, bu da dayanıqlı iqtisadi modelə keçid üçün vacib və qabaqcıl bir yanaşmadır.

-Londonda yaşamaq və işləmək sizə bu sahədə nə öyrədib?

-London əhalinin sıx olduğu böyük metropoldur, burada təxminən 10 milyon insan yaşayır. Hava çirkliliyi, tıxac və yaşayış keyfiyyəti ilə bağlı çətinliklər var. Lakin bu problemlərlə mübarizə üçün uğurlu addımlar atılıb. Məsələn, 2003-cü ildən etibarən tətbiq olunan “ULEZ zonası” və tıxac vergisi şəhər mərkəzində avtomobil sıxlığını azaldıb. Həmçinin Londonda yaşıllıqların qorunması çox yüksək səviyyədə təmin olunur. Bu şəhər Avropanın ən yaşıl paytaxtlarından biri sayılır və bu təcrübədən Bakı kimi şəhərlər də faydalana bilər.

-Gələcək planlarınız nələrdir?

-Qısa müddətdə özəl sektorda qalaraq şirkətlərin karbonsuzlaşması və “yaşıl iqtisadiyyat”a keçid prosesində iştirak etmək istəyirəm. Uzun müddətdə isə BMT kimi beynəlxalq təşkilatda çalışmaq arzusundayam. Mənim üçün əsas məsələ gördüyüm işin təsirini maksimuma çatdırmaqdır. Eyni zamanda, Azərbaycanda bu sahədə fəaliyyət göstərmək də planlarım arasındadır.

-Bu sahəyə gəlmək istəyən gənclərə nə tövsiyə edərdiniz?

Bu sahəyə marağı olan gənclər bilməlidirlər ki, burada hər şey çox sürətlə dəyişir. Daim yenilənən qanunlar, texnologiyalar və standartlar var. Mən magistraturada dissertasiyamı Avropa İttifaqı ölkələrinin külək enerjisi hədəfləri üzərində yazırdım. Amma dissertasiyanı başa çatdırmağa bir ay qalmış Aİ ölkələri öz hədəflərini yenilədi və mən bütün hesablamaları yenidən aparmalı oldum. Bu, bir nümunədir və iş mühitində də bənzər hallar tez-tez yaşanır. Ona görə bu sahədə uğurlu olmaq üçün dəyişikliklərə çevik uyğunlaşmaq və daim öyrənməyə açıq olmaq vacibdir.

Aytən Abbaslı

AZƏRTAC-ın xüsusi müxbiri

London

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub

“Azərkosmos” “Platerra” süni intellekt əsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellekt əsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək

Olimpiya mükafatçısı: Azərbaycanlı gənc üzgüçülərin hazırlıq səviyyəsi gözləntilərimi üstələdi

III Beynəlxalq Opera Festivalı çərçivəsində “Gənclərin səsi” layihəsi davam edir

Yunanıstan qida tullantılarının həcminə görə Aİ-də üçüncü yerdədir

Hindistan şirkəti Azərbaycanda qablaşdırma məhsullarının istehsalı zavodu yaradacaq

Pərvanə Babayeva: Xarici laboratoriyada işləmək, əslində, xarici təcrübəni öz laboratoriyana gətirməkdir

“Rosatom” Ermənistana digər ölkələrin də iştirakı ilə yeni AES tikməyi təklif edir

Qırğızıstanda iki məktəbdə Azərbaycan dilinin tədrisinə başlanılır

Myanmada 18 mindən çox sakin daşqından zərər görüb

Azərbaycana səfərə gələn Avropa Komissiyasının nümayəndə heyəti Naxçıvanda olub

Oktyabr ayına gözlənilən hava proqnozu açıqlanıb

® İndi “Azeronline” abunəçiləri “Kinon TV” xidmətindən ödənişsiz istifadə edə biləcəklər

Azərbaycan Premyer Liqasında IX turun oyun cədvəli açıqlanıb

Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Fransanın dövlət borcu antirekord həddə çataraq 3,6 trilyon avroya yaxınlaşıb

Fatih Birol: Lazım gələrsə, üzv dövlətlərlə strateji neft ehtiyatlarından daha çox istifadəni müzakirə edəcəyik

AQTA: Ev şəraitində hazırlanan konserv məhsullarından istifadə zamanı diqqətli olmaq vacibdir

Təhsildə Yeni Çağırışlar VII Beynəlxalq Forumu təşkil olunacaq

Sabah yağıntılar kəsiləcək

Azərbaycanın qastroturizm imkanları İtaliyada beynəlxalq festivalda təqdim olunub

İnkişaf mühərrikləri yalnız enerji və maliyyədən ibarət deyil – professor İlham Məmmədzadənin təhlili

Lənkəranda episentrdə 3 bala qədər hiss edilən zəlzələ olub

“Sabah” Çempionlar Liqasının ev oyunları üçün paket biletlərin satışını başa çatdırır

Dövlət Komitəsində vətəndaşların müraciətləri dinlənilib

Türkiyədə muzeyləri ziyarət edənlərin sayı rekord səviyyəyə çatıb

Torpaq koordinatlarının tanıdılması xidməti elektronlaşdırılıb

Rusiya 1 milyon rubldan artıq nağd vəsaitin Azərbaycana göndərilməsini məhdudlaşdırıb

Sülh və sabitliyin möhkəmləndirilməsi və regional kommunikasiyaların inkişafı əsas prioritetlər sırasındadır - RƏY

“Qərbi Azərbaycan əzəli və əbədi Azərbaycan torpağıdır” mövzusunda açıq dərslər təşkil olunub

Məşhur futbolçu mövsümün sonunda karyerasını başa vuracaq

Dünya Kuboku öncəsi Su İdman Sarayında gənc üzgüçülər üçün ustad dərsi keçirilib

Azərbaycanın iqtisadi inkişafında yeni mərhələ üçün geniş imkanlar formalaşıb - ŞƏRH

Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir

“Azərbaycan Respublikasının Gömrük Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və “Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 20 fevral tarixli 358-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 16 mart tarixli 622 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və Sərəncamında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Fernando Alonso “Aston Martin”lə müqaviləsinin müddətini uzadıb

Şahlar Şərifov: Nizami yaradıcılığı gənclər üçün mühüm düşüncə mənbəyidir

AMADA Londonda keçirilən beynəlxalq tədbirdə təmsil olunub

Azərbaycan, Türkiyə və Özbəkistan təlimləri: hərbi əməkdaşlıqda yeni mərhələ- ŞƏRH

Azərbaycan məhsulları Ciddədə “The Saudi Food Show 2026” sərgisində nümayiş olunur

Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?

Milli yaddaşın memarlıq dili: Şəhidlərin xatirəsi və Zəfərin əbədiyyəti

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Mingəçevir Reqatasında ilk günün qalibləri müəyyənləşib YENİLƏNİB VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Ağcabədidə heyvanlar dabaq xəstəliyinə qarşı peyvəndlənir VİDEO

Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL

Daxili işlər naziri Şəkidə vətəndaşların müraciətlərini dinləyəcək və gənclərin arasından seçim edəcək

AZAL Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi təkliflər təqdim edir

Sürücülər üçün keçirilən imtahanda 353 namizəd tələb olunan şərtləri ödəyib

BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb

Türk Dövlətləri Mühasibat və Audit Peşə və Tənzimləyici Qurumları Birliyinin yaradılması iqtisadi inteqrasiyanı gücləndirəcək - MÜSAHİBƏ

Cənub-Şərqi Avropanın biznes və texnologiya liderləri Buxarestdə bir araya gəlib

Azərbaycana sərmayələrin artması ölkədəki iqtisadi sabitliyi göstərir ŞƏRH

Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir

Nərgiz Cabbarlı: Xaqani irsinin daha dərindən tədqiqinə və geniş təbliğinə ehtiyac var

Azərbaycan nümayəndə heyəti Çində pambıqçılıqda innovativ əkin və avtomatlaşdırılmış yığım texnologiyaları ilə tanış olub

Fransada lisey şagirdlərinin etirazları genişlənir

HTP qalibi: Mərakeşdə psixologiya üzrə təhsil alacaq ilk azərbaycanlı tələbə olacağam

Naxçıvanda alternativ və bərpaolunan enerji mənbələri üzrə elektrik enerjisi istehsalı artıb

Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi maskotları təqdim olunub

Xızı və Şabranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub

Kreml: Rusiya İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən çıxmayacağına ümid edir

Üçrəngli Bayrağımızı Talış kəndində sancan şəhid

Azərbaycanlı sürrealist rəssamın əsərləri İspaniyanın "People Art Factory" layihəsində

Millinin futbolçusu: Şotlandiya ilə oyunda xal və ya xallar qazanmaq üçün əlimizdən gələni edəcəyik

Tədqiqatçılardan xəbərdarlıq: İnformasiya müxtəlifliyi azala bilər

Sərdar Ünsal: 44 günlük Vətən müharibəsi Azərbaycan tarixinin qəhrəmanlıq salnaməsidir

Kimya İnstitutunda hidrogen enerjisi və yeni nəsil materiallar üzrə tədqiqatlar aparılır

Qlobal investorların İkinci Beynəlxalq Forumda iştirakı ölkəmizin investisiya mühitinə etimadı artırır

Avropada qaz anbarlarının doluluq nisbəti ilin bu dövrü üçün ən aşağı səviyyədədir

Prezidentin Mətbuat Xidmətinin məlumatı

Qazaxıstan ordu haqqında sosial şəbəkələrdə yayılan feyk kadrları təkzib edib

® Gömrük və səhiyyə işçilərinin davranış standartları barədə danışılıb

Soner Kılıç: Azərbaycan-Türkiyə turizm əməkdaşlığının genişləndirilməsi yeni iqtisadi imkanlar yaradır

Bu il su hövzələrində insanların təhlükəsizliyinin təmin olunması istiqamətində görülmüş işlər açıqlanıb

Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib

Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb

Süni mayalanma və embrion köçürülməsi ilə əldə edilən buzov və balağlara görə yeni subsidiya mexanizmi tətbiq olunur

FIFA prezidenti Bakıda U-15 dünya çempionatı və festivalına hazırlıq işləri ilə tanış olub

Bakı ilk dəfə CAMCA Regional Forumuna ev sahibliyi edəcək

Azərbaycanın investor rolunun güclənməsi xarici siyasət üçün də əlavə alətlər yaradır - ŞƏRH

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır VİDEO

Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA

Azərbaycan dili Sofiyada keçirilən Dillər Yarmarkasında təqdim olunub

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib VİDEO

Paytaxtın bəzi küçələrində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

AZAL-ın ixrac gəlirləri açıqlanıb