“LUKoyl”UN PREZİDENTİ TÜRKİYƏDƏ NEFTAYIRMA ZAVODU TİKİLMƏSİ İLƏ BAĞLI RƏSMİ MÜRACİƏT ETMİŞDİR
Görüşdən sonra jurnalistlərə müsahibə verən Vahid Ələkbərov başçılıq etdiyi şirkətin Türkiyənin enerji bazarında fəal iştirak edəcəyini və müvafiq lisenziya aldıqdan sonra, sentyabr ayından etibarən bu ölkədə rəsmi fəaliyyətə başlayacaqlarını bildirmişdir. Onun sözlərinə görə, həmin aydan Türkiyənin yollarında “LUKoyl”un yanacaqdoldurma məntəqələri də açılacaqdır. Yanacaq Bolqarıstan və Rumıniyadkı neftayırma zavodlarından gətiriləcəkdir.
İstanbul boğazlarındakı gərginliyin Rusiya şirkətini də narahat etdiyini deyən Vahid Ələkbərov “LUKoyl”un həm Rusiya, həm də Qazaxıstan neftini hasil etdiyini, bu neftin emalı üçün Zonquldağda neftayırma zavodunun tikintisi ilə Türkiyədə enerji bazarında rəqabəti gücləndirəcəklərini bildirmişdir. O, zavodun tikiləcəyi ərazi və vergi məsələləri ilə bağlı Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanla da görüşəcəyini demişdir.
Türkiyənin Enerji Bazarının Tənzimlənməsi İdarəsinin rəhbəri Yusuf Günay isə “LUKoyl”un müraciətinə 15 gün müddətində cavab veriləcəyini söyləmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]