Lvova raket hücumu nəticəsində ölənlərin sayı 10 nəfərə çatıb
Kiyev, 7 iyul, AZƏRTAC
İyulun 6-da Rusiyanın Lvova raket hücumları nəticəsində ölənlərin sayı yenidən artıb. Dağıntılar altında 10-cu qurbanın cəsədi tapılıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Lvov şəhər meri Andrey Sadovoy məlumat verib. Onun sözlərinə görə, dünən gecədən davam edən axtarış-xilasetmə əməliyyatı yekunlaşmaq üzrədir.
Xatırladaq ki, iyulun 6-da Rusiya ordusunun Lvova atdığı raketlərin biri yaşayış binasına düşüb. Binanın iki girişində 3-cü və 4-cü mərtəbələr dağılıb, 60-a yaxın mənzilə və 50 avtomobilə ziyan dəyib.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:05]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [16:21]
LNG Avropada əsas qaz mənbəyi kimi rolunu gücləndirib
- 10.06.2026 [16:15]
XİN: Çin İran məsələsində atəşkəsin tərəfdarıdır
- 10.06.2026 [15:47]