Macarıstan ABŞ və Rusiya prezidentləri arasında danışıqları alqışlayır
Budapeşt, 19 mart, AZƏRTAC
Vaşinqton və Moskvadan çox gözəl xəbərlər!
AZƏRTAC xəbər verir ki, Macarıstanın xarici işlər naziri Peter Siyarto Rusiya və ABŞ liderləri arasında telefon danışığını şərh edərkən jurnalistlərə cavabına bu sözlərlə başlayıb.
“Biz, macarlar öz təcrübəmizdən bilirik ki, amerikalılar və rusiyalılar arasında normal münasibətlər olarsa, dünya daha təhlükəsiz olacaq”, - deyə o bildirib.
Onun sözlərinə görə, Amerika və Rusiya prezidentləri sülh yolunda mühüm addım atıblar. “Ümid edirik ki, Brüssel sülh sazişinin əldə olunmasına mane ola bilməz. Bizim üçün enerji infrastrukturuna təcavüz etməmək bəyanatı xüsusilə yaxşı xəbərdir və ümid edirik ki, hər iki tərəf buna əməl edəcək”, - deyə P.Siyarto qeyd edib.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Budapeşt
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]