Magistraturaya qəbul olmuş şəxslərin sabahdan elektron qeydiyyatına başlanılır
Bakı, 20 iyul, AZƏRTAC
Magistraturaya qəbul olmuş şəxslər iyulun 21-i saat 11:00-dan iyulun 31-i saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.
Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. Bildirilib ki, qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcək.
Boş qalan plan yerlərinə əlavə yerləşdirmənin vaxtı Dövlət İmtahan Mərkəzi tərəfindən elan olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [12:41]
Azərbaycanda bağçalara cəlb edilən uşaqların sayı açıqlanıb
- 12.06.2026 [12:36]
“BilBacar” müsabiqəsinin final mərhələsi yekunlaşıb
- 12.06.2026 [12:23]
Agentlik: Ölkə üzrə 4 min 194 ümumtəhsil məktəbi fəaliyyət göstərir
- 12.06.2026 [11:20]
Rəqəmsal dövlət problemlərinə həsr olunmuş elmi əsərlər toplusu çapdan çıxıb
- 12.06.2026 [10:34]
Azərbaycanın multikultural irsində İsmayıllı molokanlarının toy mərasimləri
- 12.06.2026 [10:22]
Kembric kvalifikasiya imtahanına qeydiyyat elan edilir
- 12.06.2026 [10:19]