Mahir Emreli “Antalyaspor”a keçməyə yaxındır
Bakı, 27 dekabr, AZƏRTAC
Futbol üzrə Azərbaycan millisinin hücumçusu Mahir Emreli “Dinamo Zaqreb”dən ayrılıb Türkiyə klubuna keçə bilər.
AZƏRTAC xəbər verir ki, iddialara görə, transfer yanvarda reallaşacaq.
Zaqreb klubundakı durumundan məmnun olmayan M.Emreli “Antalyaspor”a yollanmaq niyyətindədir.
İyirmi beş yaşlı hücumçu “Dinamo”da 20 oyun keçirib və 5 qol vurub.
Emrelinin “Dinamo” ilə 2026-cı ilə qədər müqaviləsi var. Onun Türkiyə klubuna icarəyə veriləcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [15:22]
Azərbaycanı Millətlər Kubokunda təmsil edəcək boksçular bəlli olub
- 09.06.2026 [14:07]