Mahir Emreli: Sabah meydana qələbə üçün çıxacağıq
Bakı, 16 iyun, AZƏRTAC
Karyeram baxımından ağır mövsüm keçirdim. Geridə qalan mövsümün ikinci dövrəsində bir qədər toparlandım. Son oyunlardakı nəticədən sonra bura daha yaxşı əhvali-ruhiyyədə gəldim.
AZƏRTAC xəbər verir ki, bu sözləri “Avro-2024”ün seçmə mərhələsi çərçivəsində Bakıda Estoniya millisini qəbul edəcək Azərbaycan yığmasının futbolçusu Mahir Emreli iyunun 16-da təşkil olunan mətbuat konfransında deyib.
Hücumçu bildirib ki, klubda nə baş verməsindən asılı olmayaraq, milliyə yüksək ab-havada gəlməlisən. Komandamın sabah uğurlu çıxışı üçün əlimdən gələni edəcəyəm. Məqsədimiz üç xal qazanaraq, azarkeşləri sevindirməkdir. Sabah meydana qələbə üçün çıxacağıq.
Qeyd edək ki, Azərbaycan - Estoniya matçı iyunun 17-də “Dalğa Arena”da keçiriləcək.