Maksat Arğınbekulı: Bakı konfransı türklərin daha sıx inteqrasiyası üçün möhkəm bir təməldir
Bakı, 27 fevral, Aysel Azadqızı, AZƏRTAC
Türk dünyasının möhkəmlənməsi, eləcə də vahid dil və informasiya məkanının təkmilləşdirilməsi üçün möhkəm təməl qoymuş, bütün türk dövlətləri və xalqları arasında iqtisadi, siyasi və mədəni əlaqələrin daha da genişlənməsinə və dərinləşməsinə töhfə vermiş Birinci Türkoloji Qurultayın keçirildiyi günlərlə üst-üstə düşən Bakıda keçirilən tədbirin Türk dünyası üçün əhəmiyyəti böyükdür.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Türk Mədəniyyəti və İrsi Fondu, layihə rəhbəri Maksat Arğınbekulı “Birinci Türkoloji Qurultayın qurucuları və dərsləri: tarix və müasirlik” mövzusunda beynəlxalq elmi konfransda deyib. O bildirib ki, türk xalqlarının inteqrasiya prosesi Qazaxıstan üçün çox vacibdir: “Biz ortaq mədəni irsi bölüşürük. Onu beynəlxalq səviyyədə qorumaq və təbliğ etmək vacibdir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [16:07]
BDU-da Misir və Azərbaycan Mədəniyyət Günü təşkil olunub
- 09.06.2026 [14:28]