Maksim Medvedev: Futbolçuların bütün fikri əsgərlərimizin yanındadır
Bakı, 9 oktyabr, AZƏRTAC
Ölkədəki vəziyyət hamıya məlumdur. Futbolçuların bütün fikri əsgərlərimizin yanındadır. Bura futbol oynamağa gəlmişik. Yaxşı futbol oynamaqla, nəticə qazanmaqla onlara dəstək olmağa çalışacağıq.
AZƏRTAC xəbər verir ki, bunu UEFA Millətlər Liqası çərçivəsində Monteneqro millisinin qonağı olacaq Azərbaycan yığmasının kapitanı Maksim Medvedev oktyabrın 9-da təşkil olunan mətbuat konfransında deyib.
Müdafiəçi deyib ki, rəqib yaxşı analiz edilib və oyunları yaxşı izlənilib: “Dərk edirik ki, qrupun lideri ilə oynayırıq. Monteneqro millisi müdafiədə inamla oynasa da, son oyunlarda müəyyən boşluqlar buraxdı. Bizdə də rəqib qapısı qarşısında çətin anlar yaşadacaq futbolçularımız var. Baş məşqçinin verdiyi tapşırıqları tam yerinə yetirməliyik”.
Qeyd edək ki, Monteneqro-Azərbaycan oyunu oktyabrın 10-da Podqoritsa şəhərindəki “Qradski” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:28]
Azərbaycanı Dünya Kubokunda 8 boksçu təmsil edəcək
- 12.06.2026 [18:09]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionatının finalına vəsiqə qazanıb
- 12.06.2026 [18:06]
Azərbaycan klubu bütün legioner voleybolçuları ilə vidalaşıb
- 12.06.2026 [17:46]
Atletika üzrə Azərbaycan çempionatı start götürüb
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]