Malayziyada qaz kəmərində yanğın nəticəsində 112 nəfər yaralanıb
Bakı, 1 aprel, AZƏRTAC
Malayziyada qaz kəmərində baş verən yanğın nəticəsində 112 nəfər xəsarət alıb, onlardan 63-ü xəstəxanaya yerləşdirilib.
AZƏRTAC xəbər verir ki, bu barədə yerli polis idarəsi məlumat yayıb.
Hadisə Malayziyanın paytaxtı Kuala-Lumpur yaxınlığındakı Puçonq rayonunda baş verib. Yerli vaxtla saat 8:23-də təcili yardım çağırışı alan yanğınsöndürənlər hazırda alovla mübarizəni davam etdirirlər. Hadisə nəticəsində azı 49 evə ziyan dəydiyi bildirilir.
Magistral boru kəməri bağlanıb və yanğın orada qalan qaz tamamilə yandıqdan sonra söndürüləcək.
Malayziyanın Baş naziri Ənvər İbrahim ştat hökumətinə və aidiyyəti qurumlara təxliyə edilmiş zərərçəkənlərə adekvat yardım göstərməyi tapşırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]