ELM VƏ TƏHSİL
Maliyyə-İqtisad Kollecinə sənəd qəbulu aparılır
Bakı, 8 oktyabr, AZƏRTAC
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdindəki Maliyyə-İqtisad Kollecinə 2020/2021-ci tədris ili üzrə sənəd qəbulu aparılır.
UNEC-dən AZƏRTAC-a bildirilib ki, sənəd qəbulu prosesinin reallaşdırılması üçün universitetdə onlayn proqram təminatı hazırlanıb.
Abituriyentlər müvafiq sənədlərin elektron versiyasını UNEC-in rəsmi səhifəsinə (unec.edu.az) daxil olaraq tələbə kabineti qeydiyyat bölməsinə keçməklə (kabinet.unec.edu.az) sistemə yükləməlidirlər. Sənədlərin elektron versiyasını sistemə yükləməzdən öncə təlimat və video materialla tanış olmaq tövsiyə olunur.
Sənədlərin qəbulu oktyabrın 12-dək davam edəcək.