Azərbaycan Dövlət İnformasiya Agentliyi

Maliyyə Nazirliyi: 2022-ci il üçün dövlət büdcəsinə dəyişikliklərin edilməsi təklif olunur

Maliyyə Nazirliyi: 2022-ci il üçün dövlət büdcəsinə dəyişikliklərin edilməsi təklif olunur

Bakı, 20 iyun, AZƏRTAC

Qlobal pandemiya şəraitində 2020-ci ildə ölkə iqtisadiyyatında yaşanan resessiya 2021-ci ildən başlayaraq iqtisadiyyatın sürətli bərpa prosesi ilə əvəzlənib. Cari ilin ötən dövründə ölkə iqtisadiyyatının artımının müsbət dinamikasının davam etməsi müşahidə edilib. Belə ki, cari ilin ilk beş ayında ölkədə 50,9 milyard manatlıq, o cümlədən qeyri-neft-qaz sektorunda 25 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Əvvəlki ilin eyni dövrü ilə müqayisədə ÜDM real ifadədə 7,2 faiz, o cümlədən qeyri neft sektoru üzrə ÜDM 11,0 faiz artıb.

AZƏRTAC Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-may ayları ərzində ölkə iqtisadiyyatının bütün sahələrində, o cümlədən sənayedə 3,3 faiz, kənd təsərrüfatında 3,3 faiz, informasiya və rabitə sahəsində isə 14,8 faiz real artım müşahidə olunub.

Cari ilin yanvar-aprel ayları ərzində xarici ticarət üzrə əməliyyatların həcmi 16,8 milyard ABŞ dolları və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 73,9 faiz artıb ki, bunun da 12,8 milyard ABŞ dolları ixrac əməliyyatlarının, 4,0 milyard ABŞ dolları isə idxal əməliyyatlarının payına düşür. Nəticədə xarici ticarət hesabında 8,8 milyard ABŞ dolları həcmində müsbət saldo yaranıb. Eyni zamanda, xarici ticarət dövriyyəsində qeyri-neft məhsullarının ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə faktiki qiymətlərlə 38,5 faiz və ya 268,5 milyon ABŞ dolları məbləğində artaraq 965,5 milyon ABŞ dollarına bərabər olub.

2022-ci ilin beş ayı üzrə dövlət və icmal büdcələrinin operativ icra məlumatına əsasən dövlət büdcəsinin gəlirləri 11227,0 milyon manat proqnoza qarşı 12442,4 milyon manat və ya 1215,4 milyon manat (10,8 faiz) çox olub.

2021-ci ilin eyni dövrü ilə gəlirlər 2706,6 milyon manat və ya 27,8 faiz təşkil edib. 2022-ci ilin beş ayı ərzində dövlət büdcəsinin gəlirlərinin 6353,4 milyon manatı qeyri-neft sektorunun payına düşüb ki, bu da 2021-ci ilin eyni dövrü ilə müqayisədə 1591,5 milyon manat və ya 33,4 faiz çoxdur. Dövlət büdcəsinin gəlirlərinin tərkibində qeyri-neft sektoru üzrə daxilolmaların xüsusi çəkisi 51,1 faiz təşkil etməklə proqnoz göstəricisinə (44,9 faiz) nisbətən 6,2 faiz-bənd artıb.

Həmçinin 2022-ci ilin beş ayında dövlət büdcəsinin xərcləri 10380,8 milyon manat proqnoza qarşı 10450,0 milyon manat və ya 100,7 faiz icra edilib ki, bu da ötən ilin eyni dövrünə nisbətən 1083,8 milyon manat və ya 11,6 faiz çoxdur. Hesabat dövründə dövlət büdcəsində 1992,4 milyon manat profisit yaranıb ki, bu da proqnoza qarşı 1146,2 milyon manat və ya 2,4 dəfə çoxdur.

2022-ci ilin beş ayında icmal büdcənin gəlirləri 15549,9 milyon manat olmuşdur ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3027,0 milyon manat və ya 24,2 faiz çoxdur. İcmal büdcə xərcləri isə 11650,1 milyon manat təşkil edib və bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 1535,5 milyon manat və ya 15,2 faiz çoxdur. Cari ilin beş ayında icmal büdcə 2178,8 milyon manat kəsirlə proqnozlaşdırılsa da faktiki olaraq 3899,8 milyon manat məbləğində büdcə artıqlığı (profisit) yaranmışdır.

Qeyd olunan dövrdə, “AzeriLight” markalı xam neftin bir barelinin orta ixrac qiyməti 106,3 ABŞ dollarına bərabər olmuşdur, və ya dövlət və icmal büdcələrinin gəlirlərinin hesablanması üçün istinad götürülən qiyməti 2 dəfədən artıq üstələyib.

2022-ci ilin ilk dörd ayının makro-iqtisadi nəticələri ilə yanaşı, beş aylıq fiskal icra göstəriciləri və dünya neft bazarlarında müşahidə edilən dinamika cari il üzrə makroiqtisadi proqnozların dəqiqləşdirilərək yenilənməsi üçün əsas yaradır.

Qlobal miqyasda davam edən proseslər və enerji resursları ilə bağlı yüksək qiymət gözləntiləri nəzərə alınaraq, iqtisadi artım proqnozları yenilənən zaman xam neftin bir barelinin orta illik ixrac qiyməti 85 ABŞ dolları, orta illik inflyasiya isə 12,5 faiz səviyyəsində götürülüb.

Bu əsasda cari il üzrə 86,6 milyard manat həcmində nəzərdə tutulmuş ümumi daxili məhsul üzrə proqnoz yenilənir və artırılaraq 115,4 milyard manata, o cümlədən qeyri-neft sektoru üzrə 65,7 milyard manata çatdırılır. Ümumi daxili məhsulun real artım sürəti 5,5 faiz proqnozlaşdırılır.

Prezident İlham Əliyev cari il mayın 27-də Zəngilan rayonuna səfəri zamanı ölkənin iqtisadi göstəricilərinin müsbət dinamikasını, dövlət və icmal büdcələrində proqnozdan daha çox gəlirlərin əldə edildiyini nəzərə alaraq artan gəlirlərin bir hissəsinin azad olunmuş torpaqlarda quruculuq işlərinin görülməsinə yönəldilməsi ilə bağlı hökumətə tapşırıqlar verib.

Bununla yanaşı, dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılması, ərzaq təhlükəsizliyi üzrə əlavə ehtiyatların yaradılması, bir sıra yeni infrastruktur layihələrinin maliyyələşdirilməsi məqsədilə xərclərin artırılmasına dair dövlətimizin başçısı digər tapşırıqlar da verib.

Azərbaycan Prezidentinin tapşırıqlarının, həmçinin cari ilin ötən beş ayı ərzində qəbul olunmuş bir sıra normativ hüquqi aktlardan irəli gələn məsələlərin maliyyə təminatı üçün əlavə olaraq 2986,0 milyon manat vəsaitə ehtiyacın yarandığı müəyyən edilib.

Cari ilin beş ayında dövlət və icmal büdcələrinin gəlirləri üzrə proqnoza nisbətən əlavə daxilolmalar və ilin sonuna proqnozlaşdırılan əlavə gəlirlər, həmçinin xərclər üzrə yaranan əlavə tələbat nəzərə alınmaqla “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci yarımmaddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2022-ci ilin dövlət büdcəsinə yenidən baxılması ilə bağlı “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanun layihəsi Milli Məclisə göndərilib.

Yenidən baxılma ilə 2022-ci ilin dövlət büdcəsində neft gəlirlərinin təsdiq olunmuş göstəricidən 2040,0 milyon manat, qeyri-neft gəlirlərinin isə 1534,3 milyon manat artıq və ümumilikdə dövlət büdcəsinə 3574,3 milyon manat əlavə vəsaitin daxil olacağı proqnozlaşdırılır.

Yenidən baxılmaqla dövlət büdcəsinin gəlirlərinin (2382,0 milyon manat) və kəsirinin (43,0 milyon manat) artımı və təsdiq olunmuş xərcləri arasında aparılacaq dəyişiklik (561,0 milyon manat) hesabına formalaşacaq 2986,0 milyon manat vəsaitin əsasən aşağıdakı prioritet vəzifələrin maliyyə təminatına yönəldilməsi nəzərdə tutulur:

- İşğaldan azad olunmuş ərazilərdə yol-nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı layihələrin, həmçinin ölkəmizin digər regionlarında nəqliyyat-kommunikasiya infrastrukturlarının təkmilləşdirilməsi üzrə layihələrin maliyyələşdirilməsi (1447,0 milyon manat);

- Vətən müharibəsi zamanı ölkənin bəzi rayon və şəhərlərində zərər çəkmiş yaşayış və qeyri-yaşayış sahələrinin bərpası və yenidənqurulması və digər yaşayış məntəqələri üzrə tədbirlərin maliyyələşdirilməsi (34,0 milyon manat);

- Müdafiə qabiliyyəti və hərbi qüdrətin daha da artırılması, milli təhlükəsizlik sahəsində tədbirlərin maliyyələşdirilməsi (588,0 milyon manat);

- Sosial müdafiə sahəsində, o cümlədən cari il ərzində götürülən sosial öhdəliklərin, əmək pensiyaları üzrə maddi yardım, əməkhaqqı və sosial müavinətlər üzrə ödənişlərin maliyyələşdirilməsi (519,0 milyon manat);

- Ərzaq təhlükəsizliyi üzrə tədbirlərin təmin edilməsi (193,0 milyon manat);

- Sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin dəstəklənməsi (163,0 milyon manat);

- Bir sıra zəruri kommunal və kommunikasiya xərclərinin təmin edilməsi (42,0 milyon manat).

Təklif edilən dəyişikliklər nəzərə alınmaqla 2022-ci il üçün dövlət büdcəsinin gəlirləri 29198,0 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2382,0 milyon manat və ya 8,9 faiz çoxdur.

Gəlirlərin 53,2 faizi və ya 15538,0 milyon manatı neft sektorunun, 46,8 faizi və ya 13660,0 milyon manatı qeyri-neft sektorunun payına düşəcəkdir. 2022-ci ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 848,0 milyon manat və ya 5,8 faiz, qeyri-neft sektoru üzrə isə 1534,0 milyon manat və ya 12,6 faiz artacaqdır.

Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstəriciyə nisbətən 1,6 faiz-bənd artaraq 46,8 faiz təşkil edəcəkdir.

2022-ci il üzrə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği 11518,0 milyon manat təşkil edəcəkdir ki, bu da təsdiq edilmiş göstəricisi ilə müqayisədə 1193,0 milyon manat və ya 9,4 faiz azdır.

Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulmuş transfertin azalması hesabına Fondun aktivlərinin əlavə artımı təmin olunacaqdır.

Yenidən baxılma ilə 2022-ci il dövlət büdcəsinin xərcləri 32304,0 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən 2425,0 milyon manat və ya 8,1 faiz çoxdur.

Strukturuna görə ümumi xərclərin 62,7 faizi və ya 20247,0 milyon manatı cari xərclərə (təsdiq olunmuş göstəriciyə nisbətən 195,6 milyon manat və ya 1,0 faiz, 2021-ci ilin icra göstəricisinə nisbətən 3658,0 milyon manat və ya 22,1 faiz çox), 31,8 faizi və ya 10265,0 milyon manatı əsaslı xərclərə (təsdiq olunmuş göstəriciyə nisbətən 2229,0 milyon manat və ya 27,7 faiz çox), 5,5 faizi və ya 1792,0 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə (təsdiq olunmuş göstərici səviyyəsində) yönəldiləcəkdir.

Nəticədə, əsaslı xərclərin xüsusi çəkisi 4,9 faiz-bənd artacaq, cari xərclərin xüsusi çəkisi 4,4 faiz-bənd, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə 0,5 faiz-bənd azalacaqdır.

2022-ci ilin dövlət büdcəsinin kəsiri 43,0 milyon manat artırılaraq 3106,0 milyon manat təşkil edəcəkdir ki, bu da ilin sonuna gözlənilən ümumi daxili məhsulun 2,7 faizi səviyyəsində olmaqla təsdiq olunmuş göstəriciyə nisbətən 0,8 faiz-bənd azdır.

Yenidən baxılma nəticəsində icmal büdcənin gəlirləri 36661,0 milyon manat, xərcləri 35541,0 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə nisbətən müvafiq olaraq gəlirlər üzrə 8976,0 milyon manat və ya 32,4 faiz, xərclər üzrə isə 2627,0 milyon manat və ya 8,0 faiz çoxdur.

İcmal büdcə 5229,0 milyon manat kəsirlə təsdiq olunsa da 6349,0 milyon manat əlavə gəlirləri hesabına icmal büdcədə 1120,0 milyon manat profisit yaranacaqdır.

Dövlət və icmal büdcələrinə edilməsi təklif olunan dəyişikliklərlə “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda təsbit olunmuş büdcə qaydasına, Azərbaycan Respublikası Prezidenti tərəfindən büdcə qaydası üzrə 2022-ci il üçün qeyri-neft büdcə kəsiri və dövlət borcunun ümumi daxili məhsula nisbət göstəricilərinə dair müəyyən etdiyi yuxarı hədlərə riayət olunur.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Macarıstanda Böyük Hun-Türk Qurultayı keçirilib

Sentyabrda Böyük Britaniyada növbəti isti hava dalğası proqnozlaşdırılır

Azərbaycan Premyer Liqası: “Zirə” ilk turda “Şəfa”nı məğlub edib

İmişlidə şin partlayıb, usta xəsarət alıb

Azərbaycan güləşçisi dünya çempionatının finalına yüksəlib

Kuşner Trampın sülh planını müzakirə etmək üçün Qahirədədir

"Neftçi" yeni mövsümə inamlı qələbə ilə start verib

Azərbaycan badmintonçuları Bakıda keçirilən beynəlxalq turniri 4 medalla başa vurublar

Almaniyada meşə yanğınları baş verən bəzi bölgələrdə vəziyyət sabitləşir

Bədii gimnastika üzrə dünya çempionatının bayrağı Azərbaycana təqdim olunub

Bu saata olan əsas xəbərlər

"Sabah" və "Qarabağ"ın oyunları avrokuboklara görə təxirə salınıb

Rumıniyanın Maramureş regionu ilə Xankəndi, Ağdərə və Xocalı rayonları arasında iqtisadi əlaqələrin genişlənməsi nəzərdən keçirilir

Türk dünyasının arxeoloqları arxeoloji irsin vahid rəqəmsal bazasının yaradılması barədə razılığa gəliblər

İsrailin Qəzzadakı müharibə xərcləri 142 milyard dollara çatıb

İranın Qeşm Beynəlxalq Hava Limanında aviareyslərin bərpa olunması planlaşdırılır

Şirvan kanalından kişi meyiti tapılıb

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Polşada 17-ci əsrə aid kilsə yanıb

Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən 40-dan çox şəxs saxlanılıb

Ukrayna Müdafiə Nazirliyi Moskva bölgəsində “Wildberries” logistika mərkəzinə hava zərbəsi endirdiyini təsdiqləyib

Türkiyənin TPAO dövlət şirkətinə yeni neft yataqlarının kəşfiyyatı üçün icazə verilib

Türkiyədə yerli ürək-ağciyər aparatının seriya istehsalına başlanılacaq

"Neftçi" yerli basketbolçu transfer edib

Ukrayna ordusu Rusiyada raket sistemləri istehsal edən zavoda hava zərbələri endirib

Beyləqanda suvarma kanalında batan şəxsin meyiti tapılıb

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib VİDEO

"Qarabağ” Zubirlə yollarını ayırıb

Manqal və fişəng xəbərdarlığı çaşqınlıq yaratdı: Britaniyalılara göndərilən SMS-lər niyə müzakirələrə səbəb oldu?

Müdafiə Nazirliyinin rəhbərliyi istefada olan general-mayor Abbasəli Novruzovun vəfatı ilə əlaqədar başsağlığı verib

Həftənin ilk iş günündə hava necə olacaq?

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Rusiyanın hava hücumu zamanı Kiyevin ən böyük kitab bazarı məhv edilib - AZƏRTAC-ın hadisə yerindən REPORTAJI VİDEO

Britaniyada su qıtlığı zamanı tariflərin artırılması nəzərdə tutulur

İsrail Müdafiə Qüvvələri “Hizbullah”ın yüksəkrütbəli komandirlərindən birinin öldürüldüyünü açıqlayıb

Bu saata olan əsas xəbərlər

Rahil Məmmədov: Azərbaycan ilə İsveç arasında əlaqələrin möhkəmləndirilməsi fəaliyyətimin əsasını təşkil edir MÜSAHİBƏ

Böyük Britaniyaya keçməyə çalışan 140-a yaxın miqrant xilas edilib

Macarıstanda yol qəzasında 12 nəfər ölüb

İran və Oman Hörmüz boğazı üçün gəmiçilik xəritəsi ilə bağlı razılığa gəliblər

Britaniyada Reform partiyası sosial təminat xərclərini 50 milyard funt sterlinq azaltmağı planlaşdırır

Ayrı-ayrı yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır - Faktiki hava

“Qafqazinfo”nun 16 yaşı tamam olur

Cənubi Koreya Prezidenti Şimali Koreyaya danışıqlara başlamağı təklif edib

Böyük Britaniyada son 48 saatda 11 böyük yanğın baş verib

ABŞ-də parkda kütləvi atışma baş verib

Milli ruhun alovlu səsi: Bəxtiyar Vahabzadə

İslam Mahaçev UFC tarixinin ən uzun qələbə seriyasını rəsmiləşdirib

Rumıniya hava məkanını pozan pilotsuz uçuş aparatını vurub

İndoneziyada 7,7 maqnitudalı zəlzələ 51 nəfərin həyatına son qoyub

İran XİN: Neft çirklənməsi regiona trilyonlarla dollar zərər vurub

Berlində “Rave The Planet” texnoparadında on minlərlə insan iştirak edib

“Lala” qasırğası Havay adalarının Böyük adasına yaxınlaşır

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Tovuzda 25 yaşlı gəncin ölümü ilə nəticələnən qəza VİDEO

Serbiyada Dunay çayında son 100-150 ilin ən aşağı su səviyyəsi qeydə alınıb

Kiyev ballistik raketlərlə vurulub, dağıntılar var – YENİLƏNİB

Səudiyyə Ərəbistanında Kanada mənşəli şahin 346 min dollara satılıb

Moskva-Dəməşq arasında birbaşa aviareyslər bərpa olunur

Zimbabvedə bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 72-yə çatıb

Almaniyada meşə yanğınlarına qarşı mübarizə tədbirləri davam etdirilir

Fransada meşə yanğınları fonunda Makron məzuniyyətə çıxdığı üçün müxalifətin tənqidinə məruz qalıb

Mərakeşdə İspaniyanın Seuta anklavına keçməyə çalışan 111 miqrant saxlanılıb

Dövlət Departamenti 907-ci düzəlişin ləğvinin uzadılması barədə Konqresə bildiriş göndərib

Qətər XİN İrana məxsus hərbi pilotların əsir götürülməsi barədə iddiaları təkzib edib

Səfər çərçivəsində verilən tapşırıqlar Naxçıvanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu göstərir ŞƏRH

Premyer Liqa: Son çempion “Sabah” mövsümə qələbə ilə başlayıb

Beyləqanda bir nəfər suvarma kanalında batıb

Bakı metrosunda xətlərin ayrılması sərnişindaşıma imkanlarını genişləndirəcək - REPORTAJ

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Ucarda yol qəzası baş verib, iki nəfər ölüb VİDEO

Şəki-Zaqatala bölgəsinin 144 məzunu 600 baldan yuxarı nəticə göstərib

Rəcəb Tayyib Ərdoğan: Avropa İttifaqına üzvlük Ankara üçün prioritet məsələ deyil

Fransada prezident seçkiləri ərəfəsində xarici müdaxilə: partiyalar hansı tədbirləri təklif edir?

Moskvada Azərbaycanın turizm potensialı təqdim edilib

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bakı metrosunda xətlər ayrılır: İnterval azalacaq VİDEO

Bu saata olan əsas xəbərlər

Fransanın 2027-ci il büdcəsi: hökumət pensiyaların dondurulmasını yenidən gündəmə gətirir

ABŞ-də dövlət universitetinin kampusunda atışmada 5 nəfər yaralanıb

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Ucarda baş verən yol qəzasında 6 nəfər xəsarət alıb VİDEO

Astarada ağacdan yıxılan 60 yaşlı kişi ölüb

İlham Zəkiyev 10-cu dəfə Avropa çempionu olub

İlkin Mehrabov: Hesablama sosial elmləri Azərbaycan ilə İsveç arasında elmi körpü ola bilər – MÜSAHİBƏ

Postmüharibə dövründə “gizli” silah: Azərbaycanın haqlı mövqeyi və qlobal təşəbbüsləri - ŞƏRH

"Yeni nəsil energetiklər: Şəbəkənin memarları" yarışının növbəti regional turunun qalibi məlum olub

BŞİH: Bu gün Bakının 556 küçəsi yuyulub

Azərbaycan müəllimlərinin I Qurultayından 120 il ötür

Fransada “Save Europe Act” aksiyasına qarşı əks-nümayiş də qadağan edilib

Ünal Üstel: Təxribat və düşmənçilik xarakteri daşıyan bəyanatlar Kiprdə ziddiyyətlərin həllinə xidmət etmir

Bakıda narkotiklərin qanunsuz dövriyyəsini təşkil etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Zəngəzur dəhlizi Naxçıvanın geoiqtisadi əhəmiyyətini artırır - ŞƏRH

Xankəndi və Baia Mare qardaşlaşır - FOTO

Tədqiqat:Günəş fırtınaları aviasiyaya təhlükə yaradır

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

İsveç Avropada “Team Racing” üzrə ilk dünya çempionatına ev sahibliyi edir

Qazaxıstanda Molla Nəsrəddin haqqında filmin çəkilişlərinin yekun mərhələsi başlayıb

“Yay Fest 2026” çərçivəsində gənclər “Elm, etika və gələcək” düşərgəsində bir araya gəliblər

Fransada irqçilik və ayrı-seçkilik: Tolerantlıq yüksək olaraq qalır, irqçi əməllər isə artır

İmişlidə yol qəzası olub, ölən və xəsarət alan var – YENİLƏNİB

Türkiyənin türk dövlətləri ilə ticarət dövriyyəsi bu ilin 6 ayında 9,4 milyard dollara çatıb

Türkiyədə 800-dən çox şəxsi aldadaraq 116 milyon lirə mənimsəyən qruplaşma ifşa edilib

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Bakıda növbəti iməcilik olub, axşam isə paytaxtda açıq hava konsertləri təşkil ediləcək VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO

Əcəmi Naxçıvaninin abidəsi – dahi memarın zəngin irsinə ehtiramın ifadəsi VİDEO