Azərbaycan Dövlət İnformasiya Agentliyi

Maliyyə Nazirliyində kollegiya iclası keçirilib

Bakı, 18 mart, AZƏRTAC

Martın 18-də Azərbaycan Respublikası Maliyyə Nazirliyində 2025-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Maliyyə Nazirliyindən verilən məlumatda bildirilir.

Nazirliyin struktur bölmələrinin, tabeliyindəki qurumların və regional maliyyə müfəttişliklərinin rəhbərlərinin iştirakı ilə keçirilən iclasda maliyyə naziri, Kollegiyanın sədri Sahil Babayev bildirib ki, ötən il Azərbaycan üçün uğurlu il olub, mühüm ictimai-siyasi hadisələrlə yadda qalıb. Ölkəmizin bütün əraziləri üzərində dövlət suverenliyi tam bərqərar etdikdən sonra keçirilən ümumxalq seçkilərində – fevral ayında prezident, sentyabr ayında isə Yeddinci çağırış Milli Məclisə seçkilərdə xalqımız birlik və mütəşəkkillik göstərərək Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin davam etməsinə və bununla da sabitliyə, iqtisadi tərəqqiyə, firavan həyata səs verib. İlin digər əlamətdar hadisəsi isə Bakı şəhərində yüksək səviyyədə təşkil edilən COP29 iqlim konfransında Azərbaycanın möhtəşəm təşkilatçılığı və bütün dünyaya verilən cəsarətli mesajlar dövlətimizin beynəlxalq nüfuzunu daha da artırıb.

Kollegiyanın sədri qeyd edib ki, il ərzində bütün prioritet sahələr üzrə, o cümlədən Qarabağ və Şərqi Zəngəzurun bərpası və yenidən qurulması, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qaytarılması və onlara layiqli həyat şəraitinin yaradılması, işğaldan azad olunmuş ərazilərin ölkə iqtisadiyyatına yenidən inteqrasiyası, ölkənin müdafiə və milli təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, əhalinin etibarlı sosial təminatının gücləndirilməsi və digər ümdə vəzifələr uğurla icra olunub.

İclasda Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən görülmüş işlər, qarşıda duran vəzifələr və cari ildə aparılacaq nəzarət tədbirləri haqqında məruzə dinlənilib. Qeyd olunub ki, 2024-cü ildə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən Baş Prokurorluğun və hüquq-mühafizə orqanlarının qərarlarına, Xidmətin iş planına, vətəndaş müraciətlərinə əsasən ümumilikdə 100 nəzarət obyektində aparılmış nəzarət tədbirləri ilə 19,7 milyon manat məbləğində artıq və əsassız ödənişlər aşkar edilib, bu vəsaitin 5,2 milyon manatı təqsirkar şəxslər tərəfindən bərpa edilib, qalan hissəsinin bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülür.

Bildirilib ki, Xidmətin cari il üçün iş planına daxil edilən nəzarət obyektlərinin seçilməsi dövlət büdcəsindən maliyyələşdirilən 233 nəzarət obyekti üzrə 9 risk faktorunun təhlili və qiymətləndirilməsi yolu ilə aparılıb və iş planı təsdiq edilib.

S.Babayev qarşıdakı dövrdə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi ilə əlaqədar həyata keçirilən nəzarət tədbirlərinin səmərəliliyinin, keyfiyyətinin daha da artırılmasını, təhlillərin və monitorinqlərin əhatə dairəsinin genişləndirilməsini Xidmət qarşısında əsas vəzifə kimi müəyyənləşdirib. Nazir nəzarət obyektinə getmədən təhlil metodu ilə nəzarət tədbirlərinin aparılmasına dair ilkin modelin hazırlanması, praktik nəzarət tədbirlərinin operativliyinin təmin edilməsi məqsədilə təkliflərin hazırlanmasını tapşırıb.

Kollegiya iclasında “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın maliyyə təminatı və icra vəziyyətinə dair təqdimat olub. Bütünlüklə Azərbaycan dövlətinin öz imkanları hesabına maliyyələşdirilən Dövlət Proqramına əsasən həyata keçirilən investisiya təyinatlı layihə və tədbirlərə 2020-2024-cü illərdə dövlət büdcəsindən ümumilikdə 17,55 milyard manat, o cümlədən 2020-ci ildə 55 milyon manat, 2021-ci ildə 2,188 milyard manat, 2022-ci ildə 4,311 milyard manat, 2023-cü ildə 5,652 milyard manat və 2024-cü ildə isə 5,347 milyard manat maliyyə vəsaiti ayrılıb.

Ayrılmış vəsaitin sahələr üzrə bölgüsünə gəlincə qeyd olunub ki, nəqliyyat sektoru, o cümlədən avtomobil və dəmir yolları, məskunlaşma, şəhərsalma-arxitektura işləri, kənd təsərrüfatı və meliorasiya sahəsi, sosial sahələr və kommunal sektor, hüquq-mühafizə, minatəmizləmə və digər sahələr üzrə layihə və tədbirlərin maliyyələşdirilməsi sifarişçi qurumların müraciətlərinə uyğun olaraq tam təmin edilib.

Nazir S.Babayev dövlət büdcəsinin əsaslı xərclərinin ən prioritet istiqaməti kimi azad olunmuş ərazilərin yenidən qurulması və bərpası istiqamətində həyata keçirilən tədbirlər üçün zəruri maliyyə təminatının yaradılmasının daim diqqət mərkəzində olduğunu, büdcənin bütün imkanlarının adətən bu istiqamətə səfərbər edildiyini diqqətə çatdırıb.

İclasda Maliyyə Nazirliyində sənəd menecmenti sahəsində işlərin gedişi və nəticələrinə dair məruzə dinlənilib, sənəd menecmentinin rəqəmsallaşdırılması və elektron xidmətlərin genişlənməsinə dair müzakirələr aparılıb. Qeyd olunub ki, Maliyyə Nazirliyində sənəd menecmentinin rəqəmsallaşdırılması çərçivəsində Büdcə Məlumat İdarəetmə Sistemi (BMİS) və digər elektron platformalar vasitəsilə dövlət qurumları arasında informasiya mübadiləsi və sənəd dövriyyəsi avtomatlaşdırılıb. 2024-cü ildə BMİS vasitəsilə 10125 sənəd dövriyyəsi aparılıb, sistemə 286 dövlət qurumu qoşulub və 874 aktiv istifadəçi qeydiyyata alınıb. Sistemin inteqrasiyası nəticəsində büdcə göstəriciləri və əlavələri elektron qaydada təqdim edilərək, dövlət və icmal büdcəsinin tərtibi prosesi sürətləndirilib. Bundan başqa, Nazirlik tərəfindən “e-mühasibat”, “e-azadolma” və “QHT-hesabat” sistemləri tətbiq edilməklə maliyyə və mühasibatlıq sahəsində elektron xidmətlərin dairəsi genişləndirilib.

Kollegiya iclasında cari ildə Maliyyə Nazirliyinin qarşısında duran vəzifələr barədə danışan S.Babayev bildirib ki, ilk növbədə şəffaflıq tam təmin olunmalı, təhlillər aparılmalı, büdcə təşkilatları ilə münasibətdə süründürməçiliyə yol verilməməli, ədalətli yanaşma, operativlik və səmərəlilik təmin olunmalıdır. Nazir qarşıdakı dövrdə büdcə proqnozlaşdırılması üzrə fəaliyyətin daha da təkmilləşdirilməsi, ehtiyatların müəyyən edilməsi və lüzumsuz xərclərin azaldılması, ölkə üzrə əməkhaqqı xərclərinin avtomatlaşdırılması, saxlanma xərclərinin standartlaşdırılması, əsaslı vəsait qoyuluşu xərclərində nəticə əsaslılığının təmin olunması, maliyyə iqtisadi əsaslandırmanın müvafiq standartının, vahid formasının yaradılması istiqamətində ardıcıl addımların atılacağını qeyd edib.

S.Babayev yeni yaradılması və ya təkmilləşdirilməsi zəruri olan elektron sistemlər və ya altsistemlər üzrə Maliyyə Nazirliyinin rəqəmsal transformasiya strategiyasına uyğun rəqəmsal yol xəritəsinin hazırlanması, dövlət maliyyə vəsaitlərinin uçotu, bölgüsü, istifadəsi və hesabatlılığını təmin edən təkmil elektron məlumat bazasının formalaşdırılması və inteqrasiyası ilə bağlı tapşırıqlar verib. Eyni zamanda, vahid məlumat bazasının dövlət maliyyə vəsaitlərinin real vaxt rejimində vəziyyəti, dövriyyəsi və məqsədyönlü istifadəsi ilə bağlı məlumatların toplanılması və təhlili üçün imkanların yaradılmasının vacibliyini bildirib.

Kollegiyanın sədri, həmçinin 2026-cı il dövlət və icmal büdcə layihələrinin və sonrakı üç il üçün icmal büdcə göstəricilərinin vaxtında və keyfiyyətlə hazırlanması işlərinin təşkili və müvafiq büdcə zərflərinin hazırlanıb aidiyyəti üzrə təqdim edilməsi ilə bağlı qanunvericiliyə uyğun olaraq başlanılmış işlərin müvafiq icra ardıcıllığına uyğun olaraq davam etdirilməsi ilə bağlı tapşırıqlar verib.

İclasda müzakirə olunan məsələlərə dair müvafiq qərarlar qəbul edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb