“Mançester Siti”nin hücumçusu Erlinq Haland yeni rekorda imza atıb
Bakı, 12 aprel, AZƏRTAC
“Mançester Siti”nin hücumçusu Erlinq Haland UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsində “Bavariya” ilə ilk qarşılaşmada rekorda imza atıb. Norveçli futbolçu 3:0 hesabı ilə qalib gəldikləri qarşılaşmada sonuncu qolun müəllifi olub.
AZƏRTAC xəbər verir ki, forvard cari mövsüm Mançester təmsilçisinin heyətində bütün turnirlərdə qol sayını 45-ə çatdırıb. Beləliklə, Haland İngiltərə Premyer Liqasında çıxış edən oyunçular arasında bir mövsümdə ən çox qol vuran futbolçu adını qazanıb.
İyirmi iki yaşlı forvard cari mövsüm Premyer Liqada 30, Çempionlar Liqasında 11, Liqa kubokunda 1 və İngiltərə kubokunda 3 qol vurub. O, ümumilikdə 39 görüşdə 45 dəfə fərqlənib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]
Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır
- 13.06.2026 [07:21]
ABŞ millisi dünya çempionatına qələbə ilə başladı
- 13.06.2026 [02:15]