“Mançester Yunayted” klubunun akademiyası məşhur futbolçuya həvalə olunub
Bakı, 17 fevral, AZƏRTAC
“Mançester Yunayted”in sabiq futbolçusu Niki Batt klubun akademiyasına rəhbər təyin edilib.
AZƏRTAC xəbər verir ki, 41 yaşlı Niki Batt “Mançester Yunayted”in yetirməsidir. O, əsas komandada 1992-2004-cü illərdə 387 oyun keçirib, 6 dəfə İngiltərə çempionu olub, 3 dəfə ölkə kubokunu və 1 dəfə də Çempionlar Liqasını qazanıb.
“Bu vəzifəni daşımaq böyük bir məsuliyyətdir. Bu məktəbin yetirməsi olduğum üçün yeni futbolçuların yetişdirilməsində rol oynamağım mənim üçün böyük şərəfdir. Məqsədimiz dəyişməz olaraq qalır. Əsas heyətə hazır və hansı komandada oynayacağını dərk edən futbolçular hazırlamalıyıq”, — deyə Niki Batt qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:45]
Azərbaycanı Asiya Açıq Turnirində 27 cüdoçu təmsil edəcək
- 15.10.2026 [16:31]
Klublar üçün lisenziyalaşdırma ilə bağlı təqdimatlar keçirilib
- 15.10.2026 [16:25]
“Barselona” El-Klasikoya xüsusi formalarla çıxacaq
- 15.10.2026 [15:38]
“Sabah”ın qapıçısı Çempionlar Liqasında turun rəmzi komandasına daxil edilib
- 15.10.2026 [15:18]
Lautaro Martinez Milan derbisini buraxa bilər
- 15.10.2026 [15:08]
AGF və ASA idman fizioterapiyası üzrə birgə proqram həyata keçirir
- 15.10.2026 [14:29]