MAQATE rəhbəri: İranın Natanzdakı nüvə obyektlərində radioloji çirklənmə aşkarlanıb
Bakı, 14 iyun, AZƏRTAC
İsrailin zərbələrindən sonra İranın Natanzdakı nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə aşkar edilib.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi BMT Təhlükəsizlik Şurasının iclasında İran ətrafında yaranmış vəziyyətlə bağlı çıxışı zamanı deyib.
İranın Natanz nüvə obyektlərində radioloji və kimyəvi çirklənmə radiasiyadan qorunma tədbirləri ilə idarə oluna bilər.
MAQATE nüvə obyektlərinin tam mühafizəsini və dinc məqsədlər üçün istifadəni davam etdirmək üçün İrana ekspertlər göndərməyə hazırdır. Agentlik rəhbəri qeyd edib ki, nüvə obyektlərinə heç vaxt hücum edilməməlidir.
Qrossi vəziyyəti qiymətləndirmək və təhlükəsizliyi təmin etmək üçün mümkün qədər tez İrana səfər etməyə hazır olduğunu bildirib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [22:22]
Kəpənəklər bütün dünyada yaşayış areallarını dəyişməyə başlayıb
- 07.08.2026 [21:20]
Antarktida buzlaqları civə mənbəyinə çevrilir
- 07.08.2026 [20:02]
Türkiyə XİN: Yunanıstanın qərarı bizim üçün heç bir hüquqi nəticə doğurmur
- 07.08.2026 [19:06]