Marianna Maksimovskaya: Mən bu gün Azərbaycana həsəd apardım
Moskva, 12 aprel, AZƏRTAC
“Mən bu gün Azərbaycana həsəd apardım. Prezident ailəsinin səmimi olması yüksək mədəniyyətdən xəbər verir”. Bu sözləri sosial şəbəkədəki səhifəsində Rusiyanın məşhur telejurnalisti və teleaparıcısı, “Mixaylov i partnyorı” kommunikasiya-konsaltinq qrupunun vitse-prezidenti Marianna Maksimovskaya yazıb.
Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə TASS agentliyində görüşündən sonra o qeyd edib ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Azərbaycanın imicini yüksəldir. M.Maksimovskaya yazıb: “Həm də, şübhəsiz ki, Azərbaycanın bəxti birinci xanım barədə gətirib. Mehriban Əliyeva Azərbaycanın imicini olduqca yüksəldir. Prezident xanımının gözəl və üstəlik zəkalı olmasına az halda rast gəlinir”.
Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:05]
Azərbaycan–Çin əlaqələrinin inkişaf perspektivlərindən danışılıb
- 12.06.2026 [13:47]
Musa Quliyev: Türk dünyasında həmrəylik daha da gücləndirilməlidir
- 12.06.2026 [13:41]
Azərbaycanın Portuqaliyada səfirliyi təsis edilir
- 11.06.2026 [23:01]