Mark Zukerberq pandemiya zamanı Ağ evin təzyiqləri ilə üzləşdiyini açıqlayıb
Vaşinqton, 27 avqust, AZƏRTAC
“META” şirkətinin baş direktoru Mark Zukerberq COVID-19 pandemiyası ilə bağlı kontentə məhdudiyyət tətbiq etməsi üçün Bayden Administrasiyasının təzyiqi ilə üzləşdiklərini açıqlayıb.
AZƏRTAC-ın məlumatına görə, M.Zukerberq Nümayəndələr Palatasının Ədliyyə Komitəsinin Respublikaçılar Partiyasından olan sədri Cim Cordana ünvanladığı məktubda bildirib ki, Ağ ev rəsmiləri COVID-19 pandemiyası zamanı bu məzmunda kontentin, o cümlədən yumor və satirik məzmunlu paylaşımların silinməsi üçün aylarla təzyiq göstərib.
“Hökumətin təzyiqinin yanlış olduğuna düşünürəm və bu barədə daha açıq danışmadığımız üçün təəssüf edirəm”, - deyən M.Zukerberqin məktubunun mətni komitənin feysbuk səhifəsində və tviter hesabında yerləşdirilib. “META” şirkətinin qurucusu belə təzyiqlərlə təkrar üzləşəcəyi halda yenə rədd edəcəyini bəyan edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [18:24]
Böyük Britaniyanın Baş naziri: Hökumət sərt qərarlar qəbul etməyə məcburdur
- 12.06.2026 [17:23]