Marko Rubio BMT-ni nizamnamə missiyasına əməl etməyə çağırıb
Bakı, 25 fevral, AZƏRTAC
ABŞ BMT-nin Rusiyanı ittiham edən qətnaməsinin əleyhinə səs verib. Onun sözlərinə görə, qətnamə Ukrayna münaqişəsinin həlli səylərinə ziddir.
AZƏRTAC xəbər verir ki, ABŞ Dövlət katibi Marko Rubio bunu “Breitbart News” xəbər portalına müsahibəsində deyib.
“XXI əsrdə faydalı olması üçün BMT müharibə və münaqişələrin qarşısını almaq və dayandırmaqla bağlı nizamnamə missiyasına qayıtmalıdır”, - deyə Marko Rubio bildirib. O, BMT rəhbərliyinə təşkilatın məqsədinin müharibələrin və münaqişələrin bitməsini çətinləşdirmək deyil, onlara son qoymaq və qarşısını almaq olduğunu xatırladıb.
Bir müddət öncə, BMT Təhlükəsizlik Şurası Ukrayna münaqişəsinin həllinin zəruriliyi ilə bağlı ABŞ-ın təklif etdiyi qətnaməni səsverməyə çıxarıb. Layihə Rusiya da daxil olmaqla 10 ölkə tərəfindən dəstəklənib, beş ölkə isə qətnamənin əleyhinə səs verib. BMT Təhlükəsizlik Şurasının daimi üzvlərindən heç biri veto hüququndan istifadə etməyib.
ABŞ-ın təqdim etdiyi qətnamədə Rusiya təcavüzkar adlandırılmır və Ukraynanın ərazi bütövlüyünün toxunulmazlığından bəhs olunmur. Sənəddə yalnız Ukrayna ilə Rusiya arasında hərbi əməliyyatların tezliklə dayandırılmasının və sülhün bərqərar olmasının vacibliyi vurğulanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]
Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür
- 30.09.2026 [14:19]
Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub
- 30.09.2026 [14:16]
İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb
- 30.09.2026 [13:58]
Yunanıstanda 4 bal gücündə zəlzələ olub
- 30.09.2026 [13:35]
ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır
- 30.09.2026 [13:33]