Martın 11-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir.
Temperatur gecə 1°-3°, gündüz 5°-7° isti olacaqdır.
Bakıda gecə 1-3°, gündüz 5-7° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 760 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
arabir yağış yağacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti , gündüz 12-17° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
əsasən gecə və axşam arabir qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 3°-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən gecə və axşam arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 0-3° , gündüz 5-8° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən gecə və axşam arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2°-7° isti, dağlarda gecə 3°-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcəkdir.
təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın əsasən gecə və axşam arabir yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 1°-4°, gündüz 5°-10° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın gecə və axşam arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 2°-5°, gündüz 6°-9° isti, dağlarda gecə 0-4° şaxta, gündüz 2°-6° isti təşkil edəcəkdir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 2-3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin mülayim dəyişiklikləri meteohəssas insanlar üçün nisbətən əlverişlidir.