Martın 15-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman, çiskin olacağı ehtimalı vardır.
Temperatur gecə 2°-4° , gündüz 7°-10° isti olacaqdır.
Bakıda gecə 2°-4° , gündüz 8°-10° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 775 millimetr civə sütunundan 770 millimetr civə sütununa enəcək, nisbi rütubət 80-85 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 9°-14° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 1°-6° şaxta, gündüz 2°-7° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 1°-3° isti, gündüz 9°-14° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı gözlənilir.
Temperatur gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8°-12° isti, dağlarda gecə 2°-7° şaxta, gündüz 3°-8° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər ayrı-ayrı yerlərdə duman, çiskin olacağı gözlənilir.
Temperatur gecə 2°-6° , gündüz 9°-14° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə dumanlı, az yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 3°-5° isti, gündüz 8°-13° isti, dağlarda gecə 1°-6° şaxta, gündüz 4°-8° isti təşkil edəcəkdir.