Martın 19-da Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
hava dəyişkən buludlu, əsasən yağmursuz keçəcəkdir. Səhər bəzi yerlərdə zəif duman olacaqdır.
Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəzlənəcəkdir.
Havanın temperaturu gecə 4-6° isti, gündüz 12-16° isti təşkil edəcəkdir.
Bakıda gecə 4-6° isti, gündüz 13-15° isti olacaqdır.
Atmosfer təzyiqi 763 mm civə sütunu təşkil edəcəkdir.
Nisbi rütubət gecə 79-80 faiz, gündüz 50-60 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
hava şəraiti əsasən yağmursuz keçəcəkdir. Qərb küləyi əsəcəkdir.
Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 15-20° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Qərb küləyi əsəcəkdir.
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 8-13° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Qərb küləyi əsəcəkdir.
Havanın temperaturu gecə 1-5° isti, gündüz 14-18° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
hava şəraiti əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Qərb küləyi əsəcəkdir.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 12-17° isti, dağlarda gecə 2° şaxtadan 3 dərəcəyədək isti, gündüz 5-10° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava şəraiti əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman olacaqdır.
Qərb küləyi əsəcəkdir.
Havanın temperaturu gecə 1-6° isti, gündüz 15-20° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
hava şəraiti əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər
dağlarda duman olacaqdır. Cənub küləyi əsəcəkdir.
Havanın temperaturu gecə 2-6° isti, gündüz 13-18° isti,
dağlarda gecə 1-6 dərəcə istı, gündüz 12-17° isti olacaqdır.