Martın 1-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcəkdir. Gecə və səhər bəzi yerlərdə az yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 0-2° , gündüz 3-6° isti olacaqdır.
Bakıda gecə 0-2° , gündüz 4-6° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan yüksək 770 millimetr civə sütununa bərabər olacaq, nisbi rütubət 80-90 faiz olacaqdır.
Azərbaycanın rayonlarında
havanın əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacağı ehtimalı vardır.
Temperatur gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti,
dağlarda gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 4-9° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
arabir qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 5-10° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-3° şaxta, gündüz 3-6° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
fasilələrlə qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 6-11° , gündüz 0-4° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
əsasən gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 1° şaxtadan 3°-dək isti, gündüz 3-7° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Səhər dağlarda duman olacaqdır.
Temperatur gecə 0-3° , gündüz 3-7° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° isti təşkil edəcəkdir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasının hava şəraitində mühüm dəyişiklik gözlənilmir. Əksər meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişli olsa da, rütubətli hava şəraitinin üstünlüyü bəzi insanlarda narahatlıq hissi yarada bilər.