Martın 23-də Azərbaycan ərazisində gözlənilən hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında gözlənilən hava şəraiti
hava şəraitinin tutqun, fasilələrlə yağıntılı olacağı gözlənilir.
Gecə və səhər arabir güclənən şimal-qərb küləyi, günün ikinci yarısında mülayimləşəcəkdir.
Havanın temperaturu gecə 2-4° isti, gündüz 5-7° isti təşkil edəcəkdir.
Bakıda gecə 2-4° isti, gündüz 5-7° isti olacaqdır.
Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında
fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcəkdir.
Havanın temperaturu gecə 0-5° isti, gündüz 9-14° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcəkdir.
Havanın temperaturu gecə 4° şaxtadan 1°-dək isti, gündüz 2° şaxtadan 3°-dək isti proqnozlaşdırlır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcəkdir.
Havanın temperaturu gecə 1-5° isti, gündüz 9-14° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcəkdir.
Havanın temperaturu gecə 0-4° isti, gündüz 5-10° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti gözlənilir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
fasilələrlə yağıntılı olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcəkdir.
Havanın temperaturu gecə 1-5° isti, gündüz 6-11° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
fasilələrlə yağıntılı olacağı, dağlıq ərazilərdə sulu qar, qar yağacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək, dağlarda arabir güclənəcəkdir.
Havanın temperaturu gecə 3-5° isti, gündüz 7-11° isti,
dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-7° isti olacaqdır.