Martın 4-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, səhər çiskinli, gündüz fasilələrlə yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 1°-3° , gündüz 5°-7° isti olacaqdır.
Bakıda gecə 1°-3° , gündüz 5°-7° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi normadan yüksək 771 millimetr civə sütununa bərabər olacaq nisbi rütubət 75-85 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcəkdir.
Temperatur gecə 0-5° şaxta, gündüz 9°-14° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
fasilələrlə qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 4°-9° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 0-3° isti, gündüz 5°-9° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-4° şaxta, gündüz 2°-7° isti, dağlarda gecə 5°-10° şaxta, gündüz 0-5° şaxta təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın arabir yağıntılı olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Temperatur gecə 0-4°, gündüz 5-10° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın arabir yağıntılı olacağı, dağlarda qar yağacağı, səhər duman olacağı gözlənilir.
Temperatur gecə 2°-4° isti, gündüz 6°-9° isti, dağlarda gecə 3°-8° şaxta, gündüz 0-4° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Martın 4-də əsasən mülayim xəzri küləyi və oksigenlə zəngin hava şəraitinin üstünlüyü meteohəssas insanlar üçün əlverişli olsa da, sonrakı iki gün ərzində atmosfer təzyiqinin xeyli enməsi fonunda arabir güclənən gilavar küləyi ürək-damar xəstəlikləri olan meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.