Martın 7-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səfər zəif duman olacaq, cənub-qərb küləyini axşama doğru Şimal-qərb küləyi əvəz edəcəkdir.
Temperatur gecə 3°-5°, gündüz 11°-16° isti olacaqdır.
Bakıda gecə 3°-5°, gündüz 10°-12° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85 faiz, gündüz 50-60 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın əsasən yağmursuz olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək.
Temperatur gecə 0°-5° şaxta, gündüz 11°-16° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək.
Temperatur gecə 1°-6° şaxta, gündüz 6°-11° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10°-15° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək.
Temperatur gecə 3° şaxtadan 2°-dək, gündüz 6°-11° isti, dağlarda gecə 3°-7° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq, Cənub-qərb küləyi əsəcək.
Temperatur gecə 0-5° isti, gündüz 11°-16° isti olacaqdır.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək.
Temperatur gecə 1-5° isti, gündüz 10°-15° isti, dağlarda gecə 0°-5° şaxta, gündüz 5°-10° isti təşkil edəcəkdir.