Martın 8-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcəkdir. Fasilələrlə yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 2°-4°, gündüz 4°-6° isti olacaqdır.
Bakıda gecə 2°-4°, gündüz 4°-6° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 757 millimetr civə sütunundan 764 millimetr civə sütununa yüksələcək, nisbi rütubət 75-85 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7°-12° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
fasilələrlə qar yağacağı, bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 3°-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
Havanın yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir.
Temperatur gecə 1° şaxtadan 3°-dək isti, gündüz 4°-8° isti olacaqdır.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
havanın yağıntılı olacağı, sulu qara, qara keçəcəyi, bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir.
Temperatur gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3°-6° isti, dağlarda gecə 3°-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti təşkil edəcəkdir.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın dumanlı, səhər və gündüz fasilələrlə yağıntılı olacağı gözlənilir.
Temperatur gecə 1° şaxtadan 4°-dək isti, gündüz 6°-11° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
dağlarda duman olacağı, səhər və gündüz fasilələrlə yağıntılı olacağı gözlənilir. Bəzi yerlərdə intensiv olma ehtimalı vardır.
Temperatur gecə 2°-4°, gündüz 6°-10° isti, dağlarda gecə 3° şaxtadan, 2°-dək isti, gündüz 3°-6° isti təşkil edəcəkdir.
Tibbi-meteoroloji proqnoz
Martın 7-də axşamdan martın 8-i səhərədək Abşeron yarımadasında atmosfer təzyiqinin kəskin yüksəlməsi, güclü xəzri küləyi fonunda havanın temperaturunun xeyli enməsi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.
Sonrakı 2 gün ərzində meteoroloji amillərin mülayim dəyişikliyi meteohəssas insanlar üçün əlverişlidir.
Xəbərdarlıq
Martın 8-də şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin qeyri-sabit keçəcəyi, temperaturun ötən günlərlə müqayisədə 8-10 dərəcə aşağı enəcəyi, martın 9-da güclü şimal-qərb küləyinin əsəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir.