CƏMİYYƏT
Martın 9-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
buludlu hava şəraiti üstünlük təşkil edəcəkdir. Fasilələrlə yağıntılı olacağı gözlənilir. Şimal-qərb küləyi əsəcəkdir.
Temperatur gecə 1-3° isti, gündüz 4-7° isti olacaqdır.
Bakıda gecə 1-3° isti, gündüz 4-6° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 765 mm civə sütunu, nisbi rütubət 80-90 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir, Şimal-qərb küləyi əsəcəkdir.
Temperatur gecə 1-5° isti, gündüz 5-9° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var.
Şimal-qərb küləyi əsəcək, temperaturu gecə 5-10° şaxta, gündüz 0-4° şaxta olacaqdır.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Şimal-qərb küləyi əsəcəkdir.
Temperaturu gecə 1-4° isti, gündüz 5-8° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır. Şimal-qərb küləyi əsəcəkdir.
Temperatur gecə 0-4° isti, gündüz 4-6° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2° şaxtadan 2°-dək isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə sulu qar yağacağı gözlənilir,
Şimal-qərb küləyi əsəcəkdir.
Temperaturu gecə 1-5° isti, gündüz 5-9° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
fasilələrlə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı vardır.
Şimal-şərq küləyi əsəcəkdir.
Temperatur gecə 2-5° isti, gündüz 5-9° isti, dağlarda gecə 0-3° isti, gündüz 3-6° isti olacaqdır.