Martinik və Seneqal təmsilçisi: Dekolonizasiya istiqamətində nailiyyətlər əldə edilməsi yolundayıq
Bakı, 29 mart, AZƏRTAC
Dekolonizasiyanın ilk addımları atılıb və gələcəkdə nailiyyətlər əldə edilməsi yolundayıq. Həmin nailiyyətlərin başlıca səbəbi birlikdə fəaliyyət göstərilməsidir.
Bunu AZƏRTAC-a müsahibəsində Martinik və Seneqal təmsilçisi Lu Şeyx Sidati deyib.
O, gələcəkdə baş verəcək kolonizasiya üsullarının qarşısını almaq üçün “Kolonializm: dini-milli kimliyin silinməsi” mövzusunda beynəlxalq konfransın əhəmiyyətli olduğunu qeyd edib.