Masallıda qanunsuz ov edən şəxslər barədə araşdırma aparılır
Masallı, 3 sentyabr, İlkin Adıyev, AZƏRTAC
Masallı rayonunda qanunsuz ov edən şəxslər müəyyən edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün təyin edilməyən yerdə Ş.Kərimov və qardaşı F.Kərimovun qanunsuz olaraq ov etdikləri müəyyən olunub.
Onlardan 2 ədəd ov tüfəngi və qanunsuz ovladıqları çöl quşları aşkarlanıb.
Fakt üzrə araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [11:45]
Ağdaşda xurma bağlarını sığortalamaq neçəyə başa gəlir? – Şərtlər, məbləğlər
- 13.10.2026 [20:34]
Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib
- 13.10.2026 [19:57]
Məktəbli geyimi, sadəcə bir forma deyil…
- 13.10.2026 [19:45]
Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO
- 13.10.2026 [19:41]