MAYIN 26-DA GÜRCÜSTANIN YENİ GERBİ OLACAQDIR
Komissiyanın sədri Eldar Şengelaya AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, Gürcüstan mayın 26-da qeyd edəcəyi müstəqillik gününü yeni gerblə qarşılayacaqdır. Mayın 7-dək müsabiqədə iştirak edəcək layihələr təqdim olunacaq, münsiflər heyəti onları nəzərdən keçirəcək və mayın 18-də qalibi müəyyənləşdirəcəkdir. Bundan sonra Gürcüstan prezidenti müsabiqədə qalib sayılan yeni gerbin eskizini parlamentin təsdiqinə verəcəkdir. Parlament yeni gerbi təsdiq etdikdən sonra Gürcüstan vətəndaşlarının pasportları, şəxsiyyət vəsiqələri, digər rəsmi sənədlər dəyişdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [17:42]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:14]