Mayın 3-də Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
Havanın tutulub açılacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Temperatur gecə 9-14°, gündüz 16-21° isti olacaqdır.
Bakıda gecə 12-14°, gündüz 18-20° isti təşkil edəcəkdir.
Atmosfer təzyiqi 760 millimetr civə sütununa bərabər, nisbi rütubət isə 70-80 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı vardır.
Temperatur 8-13° , gündüz 17-22° isti olacaqdır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,
Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən-Gədəbəy rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman və çiskin olacaqdır.
Temperatur 2-6°, gündüz 11-16° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasən yağmursuz keçəcək, gecə və səhər saatlarında duman olacaqdır.
Temperatur gecə 5-10°, gündüz 19-24° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və axşam bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 4-9° , gündüz 16-21° isti, dağlarda gecə 1-5° isti, gündüz 11-16° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
havanın əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə qısamüddətli az yağış yağacağı, duman olacağı gözlənilir.
Temperatur gecə 6-11° , gündüz 20-25° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir.
Temperatur gecə 7-12° , gündüz 18-23° isti, dağlarda gecə 2-7° isti, gündüz 12-17° isti təşkil edəcəkdir.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında mülayim hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əlverişlidir.