Mayın 6-7-də milli parklarda gözlənilən hava şəraiti
Bakı, 5 may, AZƏRTAC
İstirahət günlərində (mayın 6-7-də) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Samur-Yalama Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin mayın 7-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 5-10°, gündüz 15-18° isti olacaq.
Altıağac Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin mayın 7-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 7-10°, gündüz 12-15° isti olacağı proqnozlaşdırılır.
Ağgöl Milli Parkında hava şəraitinin mülayim, əsasan yağmursuz keçəcəyi, lakin mayın 7-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-13°, gündüz 20-25° isti olacağı bildirilir.
Qızılağac Milli Parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi, lakin mayın 7-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-15°, gündüz 20-25° isti olacağı ehtimal edilir.
Göygöl Milli Parkında havanın əsasən yağmursuz keçəcəyi, lakin mayın 7-də gündüz arabir yağış yağacağı gözlənilir. Gecə və səhər duman olacaq. Şimşək çaxacağı ehtimalı var. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 6-10°, gündüz 14-17° isti olacağı ehtimalı var.
Şirvan Milli Parkında mülayim, sabit, əsasan yağmursuz hava şəraiti gözlənilir. Lakin mayın 7-də gecəyə doğru yağış yağacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 24-27° isti olacağı gözlənilir.
Hirkan Milli Parkında havanın sabit, əsasən yağmursuz keçəcəyi, lakin mayın 7-də gündüz arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-15°, gündüz 20-25° isti olacaq.
Milli parklarımızın hamısı əvəzolunmaz təbiət inciləridir. Turistlər bu gözəllikləri həvəslə ziyarət edərək həm füsunkar mənzərələrdən zövq ala bilir, həm də vəhşi təbiətlə birbaşa təmas qurmuş olur ki, bu da ekoturistlərin sayının artan templə inkişafını təmin edir. Milli parklarda ekoturizmin daha da inkişaf etdirilməsi üçün ardıcıl tədbirlər görülür.