Mayın 6-da Azərbaycan ərazisində hava şəraiti haqqında məlumat
Bakıda və Abşeron yarımadasında
havanın dəyişkən buludlu, bəzi yerlərdə dumanlı olacağı, qısamüddətli az yağış yağacağı ehtimalı var.
Havanın temperaturu gecə 11-15° isti, gündüz 21-26° isti təşkil edəcəkdir.
Bakıda gecə 12-14° isti, gündüz 22-24° isti olacaqdır.
Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 762 millimetr civə sütuna yüksələcəkdir.
Nisbi rütubət 70-80 faiz olacaqdır.
Naxçıvan Muxtar Respublikasında
bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 7-12° isti, gündüz 21-26° isti təşkil edəcəkdir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər,
Daşkəsən-Gədəbəy rayonlarında
hava gündüz əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.
Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti təşkil edəcəkdir.
Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında
hava əsasan yağmursuz keçəcək, lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 21-26° isti təşkil edəcəkdir.
Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən, Şabran,
Quba-Qusar-Xaçmaz rayonlarında
gecə və axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Hava gündüz əsasan yağmursuz keçəcəkdir.
Səhər saatlarında duman olacaqdır.
Havanın temperaturu gecə 9-14° isti, gündüz 19-24° isti təşkil edəcək, dağlarda gecə 3-8° isti, gündüz 14-19° isti olacaqdır.
Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında
hava əsasən yağmursuz keçəcək, lakin gecə və axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Səhər ayrı-ayrı yerlərdə duman olacaqdır.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti təşkil edəcəkdir.
Masallı-Lənkəran-Astara-Lerik, Yardımlı rayonlarında
hava əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər dağlarda duman olacaqdır.
Havanın temperaturu gecə 11-16° isti, gündüz 20-25° isti təşkil edəcək, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaqdır.
Tibbi-meteoroloji proqnoz
Yaxın 3 gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.