Mayın 9-da ölkənin bəzi yerlərində hava yağıntılı olacaq
Bakı, 8 may, AZƏRTAC
Azərbaycanda mayın 9-na gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi yerlərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək, gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 17-22° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 759 millimetr civə sütunundan 763 millimetr civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi proqnozlaşdırılır. Bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 10-15°, gündüz 21-26° isti, dağlarda gecə 2-7°, gündüz 7-12° isti olacağı bildirilir.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin bəzi dağlıq ərazilərdə arabir yağıntılı olacağı, ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 9-14°, gündüz 22-27° isti olacaq.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Ağdam, Daşkəsən, Gədəbəy rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 8-13°, bəzi yerlərdə 15-18° isti olacağı ehtimal edilir.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 2-7°, gündüz 7-12° isti, bəzi yerlərdə 16-18° isti olacağı ehtimalı var.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Füzuli rayonlarının bəzi yerlərində fasilələrlə yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 9-14°, gündüz 20-25° isti olacağı proqnozlaşdırılır.
Mingəçevir şəhərində, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarının bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 8-13°, gündüz 17-22° isti, dağlarda gecə 4-8°, gündüz 10-15° isti olacağı bildirilir.
Şirvan şəhərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarının bəzi yerlərində arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gündüz 21-26° isti olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 12-15°, gündüz 20-25° isti, dağlarda gecə 10-12°, gündüz 15-19° isti olacağı gözlənilir.