MDB Oyunlarının finalına yüksələn boksçu: Mənim üçün məğlubedilməz rəqib yoxdur
Yevlax, 3 oktyabr, AZƏRTAC
Yarımfinalda qazaxıstanlı rəqibimlə qarşılaşdım və döyüşü 5:0 hesablı qalibiyyətlə başa vurdum. Bu görüş mənim üçün çox önəmli idi.
Bu sözləri AZƏRTAC-a açıqlamasında III MDB Oyunlarında finala yüksələn Azərbaycan boksçusu Səfdər Məmmədzadə deyib.
Milli komandanın üzvü, Avropa çempionatının qızıl medalçısı və ikiqat finalçısı həlledici görüşə ciddi hazırlaşdığını bildirib: “Finalda Özbəkistan boksçusu ilə qarşılaşacağam. Hazırlıq prosesinə davam edirəm və rinqə ən yaxşı formada çıxmağı planlaşdırıram. İndiyədək keçirdiyim bütün döyüşlər kifayət qədər çətin olub. Amma hamısında qalib gəlmişəm. Çünki mənim üçün məğlubedilməz rəqib yoxdur”.
“Hər bir görüşə ciddi hazırlaşıram və özümə inanıram. Əminəm ki, III MDB Oyunlarının qaliblərindən biri də mən olacağam və ölkəmizə qızıl medal qazandıracağam", - deyə S.Məmmədzadə vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.08.2026 [19:15]
İranın idman və gənclər naziri Bakı Su İdman Sarayında olub
- 07.08.2026 [17:05]
“Zirə” Namik Ələskərovla yollarını ayırıb
- 07.08.2026 [15:55]
Nəriman Axundzadə Türkiyə klubu ilə müqavilə imzalayıb - EKSKLÜZİV
- 07.08.2026 [15:19]
“Fənərbağça”nın sabiq futbolçusu Superliqa klubuna keçib
- 07.08.2026 [13:43]
“Şəfa” təlim-məşq toplanışını məğlubiyyətsiz başa vurub
- 07.08.2026 [13:32]
“Mançester Yunayted” türkiyəli qapıçını icarəyə verib
- 07.08.2026 [13:12]