MƏCBURİ KÖÇKÜNLƏRƏ BAYRAM SOVQATI
Azərbaycan Prezidenti İlham Əliyevin qaçqın və məcburi köçkünlərin həyat səviyyəsinin yaxşılaşdırılması barədə tövsiyələrinə uyğun olaraq, Respublika Baş Prokurorluğunun əməkdaşları Bərdə rayonunda müvəqqəti məskunlaşmış Ağdam, Şuşa, Laçın, Kəlbəcər, Xocalı, Ağdərə, Xocavənd rayonundan olan 673 məcburu köçkün ailəsinə Novruz bayramı münasibətilə ərzaq məhsullarından ibarət sovqat paylamışlar. Onlar yurd-yuvalarından ayrı düşənləri təbrik etmiş, tezliklə doğma ocaqlarına qayıtmalarını arzulamışlar.
Qaçqın və məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirmişlər.
X X X
Respublika Dövlət Neft Şirkətinin nümayəndələri də Bərdə rayonunda müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşmüş, onlara bayram paylarını çatdırmışlar.