MƏCBURİ KÖÇKÜNLƏRƏ NOVRUZ SOVQATI
Gənclər, İdman və Turizm Nazirliyinin nümayəndələri Beyləqan rayonunda məskunlaşmış məcburi köçkünlərlə Novruz bayramı ərəfəsində görüşmüşlər.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, belə görüşlər ənənə halını almışdır. Bu dəfə nazirliyin işçiləri soydaşlarımıza 30 milyon manatlıq ərzaq və idman ləvazimatı aparmışlar.