MƏDƏNİYYƏT
Mədəniyyət naziri Adil Kərimli İmişlidə vətəndaşları qəbul edəcək
Bakı, 28 mart, AZƏRTAC
Mədəniyyət naziri Adil Kərimli aprelin 19-da saat 10:00-da İmişli rayonu Heydər Əliyev Mərkəzində vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, qəbul Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonlarından olan vətəndaşlarla keçiriləcək.
Vətəndaşlar aprelin 16-dək Mil-Muğan Regional Mədəniyyət İdarəsinin [email protected] elektron poçt ünvanı, (021) 235-63-97 telefon nömrəsi vasitəsilə müraciət etməklə qəbula yazıla bilərlər.