Mədəniyyət və Turizm Nazirliyində turizmlə bağlı işçi qrupu yaradılmışdır
Bakı, 29 yanvar (AZƏRTAC). Azərbaycanda 2011-ci ilin “Turizm ili” elan olunması ilə əlaqədar Mədəniyyət və Turizm Nazirliyində işçi qrupu yaradılmışdır.
Bu barədə AZƏRTAC-a mədəniyyət və turizm naziri Əbülfəs Qarayev məlumat vermişdir. Bildirmişdir ki, həmin işçi qrupu tərəfindən “Turizm ili” çərçivəsində həyata keçiriləcək layihələrlə bağlı tədbirlər planı hazırlanır. İşçi qrupunun tərkibinə Azərbaycan Turizm Assosiasiyasının, Azərbaycan Turizm İnstitutunun nümayəndələri daxildir.
Nazir demişdir ki, hazırda tədbirlər planı üzərində çalışırıq. Düşünürəm ki, fevralın əvvəllərində layihə ölkə rəhbərliyinə təqdim olunacaqdır. İnanıram ki, 2011-ci ilin “Turizm ili” elan edilməsi ilə turizm sahəsi cəmiyyətimizin hər bir üzvünün həyatının ayrılmaz hissəsinə çevriləcəkdir. Biz tam əminik ki, bu il Azərbaycanda turizmin inkişafında yeni mərhələnin əsası qoyulacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]