Media: Avropa İttifaqı bəzi ABŞ mallarına 25 faizlik rüsum tətbiq edəcək
Bakı, 9 aprel, AZƏRTAC
Avropa Komissiyası təxminən 22,1 milyard avro dəyərində ABŞ mallarının geniş çeşidinə 25 faizədək tariflərin tətbiqini nəzərdən keçirir.
AZƏRTAC xəbər verir ki, “Politico” nəşrinin məlumatına görə, bu, ilk növbədə seçicilərinin daha çox Respublikaçılar partiyasına səs verdiyi ABŞ-ın “qırmızı ştatlarından” olan məhsullara, əsasən də yük maşınlarına, siqaretlərə və dondurmalara şamil ediləcək.
Trans-Atlantik ixracdan ən çox asılı olan sektorlara zərər vurmaq məqsədilə kənd təsərrüfatından soya, ət, tütün məhsulları, sənayedən isə dəmir, polad və alüminium bu siyahıya daxil edilib. Avropa İttifaqı tariflərinin “qırmızı ştatların” ixracatına ümumilikdə 13,5 milyard dollaradək təsir edəcəyi gözlənilir.
Tariflərin təşəbbüskarları ABŞ-a daha çox zərər vurmaq üçün məsələyə qeyri-ənənəvi yanaşma nümayiş etdiriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [15:56]
Mark Rutte: NATO raketdən müdafiə sistemlərini gücləndirir
- 29.09.2026 [15:38]
Avropanın iri şəhərlərində kirayə haqqının maaşda payı nə qədərdir?
- 29.09.2026 [15:28]
Donald Tramp-Si Cinpin görüşü: Böyük jestlər və açıq qalan məsələlər – İCMAL
- 29.09.2026 [15:13]
BMT-nin Baş katibi irqi ayrı-seçkiliklə mübarizəyə çağırıb
- 29.09.2026 [15:02]
Avropa İttifaqının xarici sərhədlərinin təhlükəsizliyi gücləndirilir
- 29.09.2026 [14:52]