Media: İraq neftinin Türkiyənin Ceyhan limanına nəqli tezliklə bərpa olunacaq
Ankara, 6 avqust, AZƏRTAC
İraq neftinin Türkiyənin Ceyhan limanı vasitəsilə ixracı yaxın günlərdə bərpa olunacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Kərkükün şimalında səfərdə olan İraqın neft naziri Hayyan Abdel Qəni məlumat verib.
İraqlı nazirin Türkiyə mətbuatının avqustun 6-da yaydığı çıxışının mətnində Bağdaddakı mərkəzi hökumət ilə Ərbildə yerləşən regional administrasiya arasında Türkiyəyə neft nəqlinin bərpası ilə bağlı razılığın əldə edildiyi qeyd olunub.
İlk mərhələdə Kərkük-Ceyhan boru kəməri ilə gündəlik 80 min barel İraq neftinin nəqli planlaşdırılır.
İraq neftinin Türkiyəyə nəqli 2023-cü il martın 25-də dayandırılıb.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:58]
Avropa Mərkəzi Bankı son üç ildə ilk dəfə faiz dərəcəsini artırıb
- 11.06.2026 [18:28]
Böyük Britaniyada parlament binasında gizlənən qadın saxlanılıb
- 11.06.2026 [16:50]
Tramp: ABŞ bu gecə İrana çox sərt zərbələr endirəcək
- 11.06.2026 [16:33]
Fransızların 23 faizi maliyyə səbəblərinə görə tibbi müayinədən imtina edib
- 11.06.2026 [16:18]