Azərbaycan Dövlət İnformasiya Agentliyi

Mehdi Səlimzadə: Ulu öndər Heydər Əliyev ilə bütün türk dünyası qürur duyur

Mehdi Səlimzadə: Ulu öndər Heydər Əliyev ilə bütün türk dünyası qürur duyur

Bakı, 16 dekabr, Elvin Mövsümov, AZƏRTAC

Xəbər verdiyimiz kimi, bu yaxınlarda Türk Dünyası Bələdiyyələr Birliyinin (TDBB) dəstəyi ilə “Türk dünyası” adlı toplu işıq üzü görüb. Nəfis tərtibatda nəşr olunan kitabda türkdilli xalqların tarixi, mədəniyyəti, dövlət atributları və s. haqqında ətraflı məlumat verilib.

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi, Birliyin həmsədri Mehdi Səlimzadə “Türk dünyası” toplusu, eləcə də TDBB ilə əlaqələr haqqında AZƏRTAC-ın müxbirinin suallarını cavablandırıb.

- Mehdi müəllim, bu yaxınlarda mətbuatda Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) tərəfindən “Türk dünyası” kitabının nəşr olunması haqqında xəbər böyük marağa səbəb olub. Məlumatlarda bildirilir ki, kitabda türkdilli dövlətlər arasında əlaqələr, mədəni münasibətlər, türk dünyasının tarixi, məşhur və görkəmli dövlət xadimləri haqqında söhbət açılıb.

İstərdik, TDBB-nin həmsədri kimi, həm bu qurumun fəaliyyəti, həm də haqqında söhbət gedən toplu ilə bağlı ətraflı məlumat verəsiniz.

- Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri tarixən mövcud olub. Ulu öndər Heydər Əliyev bu əlaqələrin möhkəmləndirilməsini istər sovet dövründə, istərsə də sonrakı dövrlərdə diqqət mərkəzində saxlayıb. Hələ sovet dövründə ulu öndər Heydər Əliyevin türk dünyası, türkdilli dövlətlər və xalqlar, eləcə də müsəlman ölkələri ilə sıx dostluq münasibətləri var idi. Ulu Öndər müsəlman və türkdilli dövlətlərlə sıx əlaqələrin qurulmasına, onların inkişafına həmişə dəstək olub. Azərbaycanın müstəqilliyinin bərpasından sonra ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Türkiyə ilə sıx əlaqələrin daha da genişləndirilməsinə xüsusi diqqət yetirilib.

2000-ci ildə Bakıda türkdilli ölkələrin dövlət başçılarının növbəti zirvə toplantısı keçirildi. Qeyd edək ki, bundan bir il əvvəl - 1999-cu ilin dekabrında Azərbaycanda ilk bələdiyyə seçkiləri keçirilmişdi və artıq 2000-ci ildə ölkəmizdə bələdiyyələrin təşkil olunması prosesinə başlanılmışdı. Azərbaycanın təşəbbüsü ilə həmin zirvə toplantısının yekun bəyannaməsinin altıncı maddəsində türkdilli dövlətlərin yerli özünüidarəetmə orqanlarının işbirliyinin yaradılması əksini tapmışdı. Beləliklə də Türk Dünyası Bələdiyyələr Birliyinin yaradılması məsələsi gündəmə gəldi. Bununla bağlı təşəbbüs qrupunun ilk iclası 2003-cü ilin dekabrında Bakıda keçirildi. Sonra Türkiyədə Türk Dünyası Bələdiyyələr Birliyi yaradıldı.

Bundan sonra TDBB üzv dövlətlərin bələdiyyələri arasında əlaqələrin və işbirliyinin qurulması, mədəni və humanitar tədbirlərin keçirilməsi ilə yanaşı, təcrübə mübadilələrinin aparılması, müxtəlif mövzuları əhatə edən beynəlxalq konqres və konfransların təşkili, türkdilli xalqlara məxsus müqəddəs bayramların, o cümlədən Azərbaycanda Novruz və Qurban bayramlarının və s. qeyd olunması istiqamətində mühüm işlər görməyə başladı. Həmçinin Birliyin təşkilatçılığı ilə hər il Azərbaycan bələdiyyələrinin nümayəndələri (bələdiyyə sədrləri, üzvləri, işçiləri) ardıcıl olaraq, Türkiyənin İstanbul, Ankara və digər şəhərlərində təcrübə mübadiləsində iştirak edirlər. Qarşılıqlı razılıq əsasında müəyyənləşdirilən mövzularda seminarlar təşkil olunur və həmin proses bu gün də davam etdirilir.

TDBB tərəfindən müxtəlif illərdə yerli özünüidarəetmə orqanlarının üç beynəlxalq konqresi keçirilib. Bu konqreslərdə Azərbaycan nümayəndələri də iştirak ediblər. Hazırda quruma 26 dövlət üzvdür. Onların arasında türkdilli dövlətlərlə yanaşı, müsəlman ölkələri və digər dövlətlər də var. Hazırda sıralarında 1000-dən çox bələdiyyəni birləşdirən TDBB-yə Azərbaycandan 400-ə qədər bələdiyyə üzv olub.

Qeyd etmək istərdim ki, Birliyin fəaliyyəti dövründə bir çox nəşrlər işıq üzü görüb. Belə ki, “Türküstan və Qafqazların biblioqrafiyası”, “Səlcuqludan Cümhuriyyətə şəhər idarəçiliyi”, “Orta Asiyadan Anadoluya şəhər və insan” adlı nəşrlər hazırlanaraq çap edilib. Bu il isə “Türk dünyası” adlı ensiklopedik toplu çapdan çıxıb. TDBB idarə heyətinin sabiq üzvü, Bursa Yıldırım bələdiyyəsinin keçmiş sədri, tanınmış türk yazıçısı, professor Özgen Keskinin müəllifi olduğu “Türk dünyası” kitabı Birliyin təşəbbüsü və dəstəyi ilə Türkiyədə nəşr edilib.

- Mehdi müəllim, qeyd etdiniz ki, Türk Dünyası Bələdiyyələr Birliyi 2003-cü ildə yaradılıb. Bu qurumun on illik yubileyi münasibətilə hansı tədbirlər keçirilib?

- Bu ilin mayında Ankarada TDBB-nin on illik yubileyi yüksək səviyyədə qeyd olundu. Yubiley tədbirlərinə Birliyə daxil olan 26 ölkənin nümayəndələri, o cümlədən Türkiyənin yüksək vəzifəli şəxsləri, parlamentin rəhbəri və deputatları iştirak edirdilər. Azərbaycandan yubiley tədbirlərinə parlamentin nümayəndələri, bələdiyyələrin milli assosiasiyalarının, birliyə üzv olan bir neçə bələdiyyənin sədrlərindən ibarət nümayəndə heyəti qatılmışdı. Mən də Birliyin həmsədri kimi bu tədbirlərdə iştirak edirdim.

Yubiley münasibətilə qurumun “Perspektiv” jurnalının xüsusi nömrəsi dərc olunub. Jurnalda həmin ərəfədə Azərbaycanda keçirilən Prezident seçkilərində əhalinin böyük əksəriyyətinin səsini qazanan dövlətimizin başçısı İlham Əliyevin fəaliyyəti haqqında da geniş məlumat verilib. “Azərbaycan Prezidenti İlham Əliyev - uğurlu dövlət başçısı örnəyi” sərlövhəli məqalədə ötən ilin oktyabrında keçirilən seçkilərdə seçicilərin 85 faizinin səsini qazanaraq üçüncü dəfə prezident seçilən dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanı beynəlxalq aləmdə söz sahibinə çevirdiyi xüsusi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində regionun lider dövlətinə çevrilən Azərbaycanda əhalinin rifah halı yaxşılaşmaqda, təhsil, səhiyyə və digər sahələrin inkişafı təmin olunmaqdadır. Azərbaycanın xarici siyasət, iqtisadiyyat, mədəniyyət və idman sahələrində əldə etdiyi nailiyyətlər ümummilli lider Heydər Əliyevin strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin adı ilə bağlıdır.

Jurnalda Prezident İlham Əliyevin on illik hakimiyyəti dövründə əldə olunan inkişafı, qazanılmış uğurları diqqətə çatdıran Prezident Administrasiyası rəhbərinin müavini, xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov iqtisadi və siyasi baxımdan böyük önəm daşıyan bu göstəricilərin Azərbaycanda müstəqil dövlətin formalaşması mərhələsinin başa çatdığını sübut etdiyini bildirib.

- Yenə “Türk dünyası” toplusuna qayıdaq. Nəşrdə əsasən hansı məsələlərə toxunulur, türk dünyası, türkdilli ölkələr necə təqdim edilir?

- İlk dəfə olaraq, bu nəşrdə türk dünyasını təmsil edən dövlətlər, onların qədim tarixi və müasir dövrdəki coğrafiyası, ərazisi, əhalisi, mədəniyyəti, dövlət atributları, sərhədləri, xəritələri, büdcələri haqqında məlumat verilir. Həmçinin minilliklər ərzində - ən qədim dövrlərdən XXI əsrə qədər türk dünyasının görkəmli, tanınmış dövlət xadimləri, tarixi şəxsiyyətləri, onların həyat və fəaliyyətləri haqqında məlumatlar yer alır. Eləcə də türkdilli dövlətlərin turizm imkanlarından, tarixi-mədəniyyət abidələrindən, mili mətbəxlərindən, tanınmış yazıçılarından bəhs olunur.

Kitabda TDBB-nin təşkilatçılığı ilə ötən il mayın 23-də Bakıda keçirilən və 12 ölkədən 104 nümayəndənin qatıldığı “Türk dünyasını maarifləndirənlər: Mehmet Akif Ersoy və Hüseyn Cavid” mövzusundakı simpozium da geniş işıqlandırılıb.

- Mehdi müəllim, qeyd etdiniz ki, topluda türk dünyasının tanınmış dövlət xadimləri haqqında söhbət açılır. Bu barədə məlumatlar əsasən hansı dövrləri əhatə edir?

- Topluda türk dünyasının ən görkəmli dövlət xadimləri haqqında müfəssəl məlumat verilib. Onların sırasında 12 böyük tarixi şəxsiyyət, o cümlədən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də var. Həmin tarixi şəxsiyyətlər - miladdan öncə 209-cu ildə Hun dövlətinin hökmdarı olan Oğuz xan, eramızın 434-453-cü illərində hakimiyyətdə olmuş hökmdar Atilla, Böyük Səlcuq dövlətinin hökmdarları Alparslan və Məlikşah, monqol hökmdarı və sərkərdəsi Çingiz xan, Osmanlı imperatorluğunun banisi Osman Qazi, İstanbulun fatehi Sultan Mehmet, nəhayət XXI əsrdə iki müasir müstəqil türk dövlətinin - Türkiyənin və Azərbaycanın qurucuları Mustafa Kamal Atatürk və Heydər Əliyevin həyat və fəaliyyətləri haqqında geniş söhbət açılır.

Ən maraqlı və qürur duyduğumuz məqam isə odur ki, türk dünyasının tanınmış, ən məşhur 12 tarixi şəxsiyyəti, görkəmli dövlət xadimlərinin siyahısı - miladdan öncə 209-cu ildə Oğuz xandan başlayan iki min illik dövr XXI əsrdə ulu öndərimiz Heydər Əliyev ilə tamamlanır. Bu, son dərəcə fəxr olunası, qürur duyulası tarixi reallıqdır. Nəinki Azərbaycan xalqı, bütün türkdilli xalqlar dahi şəxsiyyət Heydər Əliyevi türk dünyasının öndəri və atası kimi qəbul edir. Bundan böyük milli şərəf nə olar bilər?! Bu gün ulu öndərimiz Heydər Əliyev ilə bütün türk dünyası qürur duyur.

Təbii, hamımız bilirik ki, Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində nəinki yalnız Azərbaycanın, eyni zamanda, türkdilli ölkələrin inkişafında, türkdilli xalqlar arasında sıx əlaqələrin, əməkdaşlığın qurulmasında böyük xidmətləri olan görkəmli dövlət xadimidir.

Bizim üçün bir məqam da xüsusən önəmlidir ki, TDBB-nin dəstəyi ilə hazırlanan topluda Azərbaycanın görkəmli şəxsiyyətləri, yazıçı və şairləri, ölkəmizin mədəniyyəti, tarixi-mədəni abidələri və coğrafi-siyasi mövqeyi haqqında ətraflı məlumat verilib.

Bir daha vurğulamaq istərdim ki, Ulu Öndərimizin adının türk dünyasının ən görkəmli şəxsiyyətləri sırasında yer alması dahi insan Heydər Əliyevin türkdilli ölkələrin və xalqların inkişafı naminə gördüyü misilsiz işlərin məntiqi nəticəsidir.

- Mehdi müəllim, müsahibəyə görə çox sağ olun. Mən də bir jurnalist və azərbaycanlı kimi qürur hissi keçirirəm ki, ulu öndərimiz Heydər Əliyevin adı türk dünyasının ən görkəmli tarixi şəxsiyyətləri ilə bir sırada çəkilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir

İtaliyadakı beynəlxalq seminarda Azərbaycanın qayaüstü sənət irsi və qədim kənd təsərrüfatı ənənələri təqdim olunub

Böyük Britaniyada minlərlə ev susuz qalıb

İşğaldan azad olunmuş ərazilər investorlar üçün geniş imkanlar təqdim edir

bp “Dərinsulu Günəşli”də çoxquyulu sualtı müdaxilə proqramını uğurla başa çatdırıb

Gürcüstanda əmlak vergisi ilə bağlı yeni qaydalar tətbiq olunacaq

Azərbaycan çayı Brüsseldə beynəlxalq auditoriyaya təqdim olunub

“Azərbaycan Kredit Bankı”nın ləğv prosesi yekunlaşıb

Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib

BDU Qazaxıstanın Maqsut Narikbayev Universiteti ilə əməkdaşlığa başlayır

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Xudavəng Monastır Kompleksini ziyarət ediblər – YENİLƏNİB VİDEO

Hövsanın bəzi ərazilərində içməli su təminatında fasilə yaranacaq

® “Azercell” abunəçilərinə mənzil, avtomobil və “iPhone” hədiyyə edir!

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reyslər əlverişsiz hava səbəbi ilə təxirə salınıb